Icma.az
close
up
RU
Quba meyvə, Lənkəran çay, Ağdam sənaye mərkəzi olacaq

Quba meyvə, Lənkəran çay, Ağdam sənaye mərkəzi olacaq

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Regionların iqtisadi inkişafının hər bir iqtisadi rayonun potensialına uyğun qurulması, yerli resurslardan səmərəli istifadə və yeni iş yerlərinin yaradılması istiqamətində təkliflər səsləndirilir. Azərbaycanın ayrı-ayrı bölgələrinin kənd təsərrüfatı, sənaye, turizm və logistika kimi sahələr üzrə ixtisaslaşması, istehsalın emal və satış imkanları ilə əlaqələndirilməsi iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu yanaşmanın regionlarda məşğulluğun artırılmasına, sahibkarlığın genişlənməsinə və əhalinin gəlirlərinin yüksəlməsinə necə töhfə verə biləcəyi isə müzakirə mövzusudur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, regionların iqtisadi ixtisaslaşması yerli resursların emalına, rəqabətqabiliyyətli məhsul istehsalına və əldə olunan gəlirin bölgədə yeni fəaliyyət sahələrinin yaradılmasına xidmət etməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış nəqliyyat, enerji və istehsal infrastrukturu bu istiqamətdə mühüm baza yaradıb. Bununla belə, hər bir bölgənin inkişaf prioritetləri bazar tələbi, məhsuldarlıq, su təminatı, kadr ehtiyatı və satış imkanları nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

Deputat qeyd edib ki, Quba–Xaçmaz iqtisadi rayonunda meyvə-tərəvəzçiliyin, Lənkəran–Astarada çayçılıq, sitrusçuluq və çəltikçiliyin, Şəki–Zaqatalada isə fındıqçılıq və ipəkçiliyin inkişafı üçün geniş imkanlar var. Lakin bu sahələr üzrə ixtisaslaşma yalnız xammal istehsalı ilə məhdudlaşmamalı, məhsulların saxlanması, emalı və bazara çıxarılması da vahid yanaşma əsasında təşkil edilməlidir.

“Fermerlə emalçı arasında uzunmüddətli alış müqavilələrinin bağlanması məhsulun əvvəlcədən müəyyənləşdirilmiş keyfiyyət və həcmdə istehsalını təşviq edər, satışdakı qeyri-müəyyənliyi azaldar”, – deyə R. Muradov vurğulayıb.

O bildirib ki, Mil–Muğan və Mərkəzi Aran iqtisadi rayonlarında taxılçılıq, pambıqçılıq və yem istehsalının inkişafı su ehtiyatları, torpağın münbitliyi və ərzaq təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Pambıqçılıqla Mingəçevirin toxuculuq imkanları arasında əlaqələrin genişləndirilməsi isə xammalın ölkə daxilində daha dərindən emalına şərait yarada bilər.

Deputatın fikrincə, pambığın yalnız xammal kimi satılması əvəzinə, onun iplik, parça və hazır geyim istehsalına qədər emalının ölkədə təşkili daha çox əlavə dəyərin yaradılmasına və daimi iş yerlərinin formalaşmasına imkan verər.

Sənaye sahəsində ixtisaslaşmaya toxunan R. Muradov Abşeron–Xızı iqtisadi rayonunda kimya və polimer istehsalının, Gəncə–Daşkəsəndə metallurgiya və maşınqayırmanın inkişaf perspektivlərinə diqqət çəkib. Onun sözlərinə görə, Şirvan–Salyan iqtisadi rayonunda Hacıqabulun sənaye potensialının aqrar emalla əlaqələndirilməsi yerli istehsalçılar üçün yeni sifarişlər yarada bilər.

O əlavə edib ki, Bakı maliyyə, rəqəmsal və işgüzar xidmətlər vasitəsilə regionlardakı istehsal əlaqələrini dəstəkləməli, Ələt üzərindən ixracyönümlü istehsal və logistika imkanları genişləndirilməlidir. Nəqliyyat dəhlizləri boyunca anbar, qablaşdırma və paylama xidmətlərinin inkişafı tranzit imkanlarının bölgələr üçün əlavə gəlir və məşğulluq mənbəyinə çevrilməsinə kömək edə bilər.

R. Muradov turizmin də regionların iqtisadi ixtisaslaşmasında mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, Dağlıq Şirvanda üzümçülük və şərabçılığın aqroturizmlə, Şəki–Zaqatalada sənətkarlığın mədəni turizmlə, Quba–Qusar istiqamətində dağ və qış turizminin yerli xidmətlərlə əlaqələndirilməsi ailə bizneslərinin gəlirlərini şaxələndirə bilər. Naftalanda isə sağlamlıq turizmi xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və peşəkar kadr hazırlığı diqqətdə saxlanılmalıdır.

Deputat Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından istifadənin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Ağdamın sənaye imkanları ətraf rayonların aqrar istehsalı ilə əlaqələndirilməli, Şuşada mədəni turizm inkişaf etdirilməli, Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı və Cəbrayılın logistika perspektivləri yeni istehsal və xidmət sahələrinin yaradılması ilə uzlaşdırılmalıdır.

Onun sözlərinə görə, Laçında yaşıl enerji, heyvandarlıq və arıçılığın emal, qablaşdırma və kənd turizmi ilə tamamlanması əhalinin sabit gəlir imkanlarını artıra bilər. Naxçıvanda isə günəş energetikası, meyvəçilik, qida və tikinti materialları istehsalının nəqliyyat bağlantılarının inkişafı ilə əlaqələndirilməsi vacibdir. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi minatəmizləmə, məskunlaşma və ekoloji tələblərlə uzlaşdırılmalıdır.

R. Muradov hesab edir ki, regionların iqtisadi ixtisaslaşmasının uğurlu olması üçün hər bir iqtisadi rayon üzrə resursları, infrastrukturu və bazar imkanlarını birləşdirən investisiya xəritəsi hazırlanmalıdır. Layihələr seçilərkən məhsulun alıcısı, istehsalın maya dəyəri, su və enerji tələbatı, kadr təminatı və maliyyə dayanıqlığı əvvəlcədən qiymətləndirilməlidir.

Deputat əlavə edib ki, güzəştli kredit, zəmanət və sığorta imkanları əsaslandırılmış layihələrin maliyyələşdirilməsini asanlaşdırmalı, sertifikatlaşdırma və ixrac xidmətləri kiçik müəssisələr üçün əlçatan olmalıdır. Peşə təhsili müəssisələrində hazırlıq proqramları işəgötürənlərin tələblərinə uyğunlaşdırılmalı, yerli təchizatçılarla iri müəssisələr arasında əməkdaşlıq genişləndirilməlidir.

O vurğulayıb ki, bu modelin səmərəliliyi yaradılan daimi rəsmi iş yerlərinin, əmək məhsuldarlığının və əhalinin real gəlirlərinin artımı ilə ölçülməlidir. Nəticələr hər il açıqlanmalı, iqtisadi prioritetlər bazar və resurslardakı dəyişikliklərə uyğun yenilənməlidir.

“Dövlətin yaratdığı imkanlar insanın öz yurdunda işləməsinə, ailəsini sabit gəlirlə təmin etməsinə və gələcəyini həmin bölgə ilə bağlamasına xidmət etməlidir”, – deyə R. Muradov fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri