Icma.az
close
up
RU
Bölgələrdə zibilliyə atılan tonlarla məhsul: İsrafçılığın qarşısını necə alınmalı?

Bölgələrdə zibilliyə atılan tonlarla məhsul: İsrafçılığın qarşısını necə alınmalı?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 505 milyon 945,75 min ABŞ dolları dəyərində 490 min 210,91 ton meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 31,8 %, həcmi isə 33 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,17 % təşkil edir. İyulda isə ölkədən 90 milyon 649,86 min ABŞ dolları məbləğində 88 min 210,45 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni ayına nisbətən müvafiq olaraq 1,8 dəfə və 2 dəfə çoxdur. 

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb. 

Qeyd edək ki, bu gün Azərbaycandan 500 milyon dollar dəyərində meyvə və tərəvəz ixrac edilməsinə baxmayaraq, bölgələrdə fermerlər tərəfindən bir sıra məhsulları sata bilməməsi ilə bağlı məhv edilir.

Sosial şəbəkələrdə bölgələrdə tonlarla belə məhsulların atıldığının şahidi oluruq. Niyə bu gün fermer öz məhsulunu bazara çıxara bilmir?  

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, əslində Azərbaycanın aqrar sektor üzrə ixrac göstəriciləri o qədər böyük deyil: 

“Əgər biz Gürcüstanla, Ermənistanla müqayisə etsək, 500 milyon dollarlıq ixracat göstəricisi o qədər yüksək göstərici hesab olunmur.
Çünki anoloji göstəricilər Gürcüstanda 1 milyarda yaxın, Ermənistanda son iki ildə 1,5 milyard dollara yaxın olub. Yəni ixracat potensialımız yetərincə yüksək sayıla bilməz.

Baxmayaraq ki, Azərbaycanın həm əkinəyararlı torpaqları digər Cənubi Qafqaz ölkələrindən çoxdur, eyni zamanda potensial olaraq bizim iqlim imkanlarımız da kifayət qədər yüksəkdir.

İxracatımızın yaxşı, sistemli təşkil edilməməsi nəticə etibarilə bir sıra proseslərə gətirib çıxarır. Belə ki, Azərbaycanda aqrar sektordan tədarük edilən məhsulların saxlanılması üçün yetərincə saxlanc yerləri, soyuducu anbarlar yoxdur.

Xüsusilə də strateji məhsulların saxlanması üçün müvafiq, yalnız tədarük mövsümündə deyil, digər mövsümlərdə də bazara çıxarılması və ixrac edilməsi üçün lazım olan infrastruktur qurulmayıb. 

Ona görə də biz hər il şahidi oluruq ki, kəndli fermer sahədə əkdiyi məhsulu sata bilmir, bazara çıxararkən çətinliklərlə üzləşir. Regionda 10 qəpiyə olan məhsul, paytaxtda 50, hətta 70-80 qəpiyə təklif olunur. Yəni paytaxtla 100 kilometr məsafədə olan regiondakı qiymətlər arasında təxminən 5 dəfə fərq yaranır. Bu fərqin yaranmasının səbəbləri var”. 

Ekspertin sözlərinə görə, bu məsələ kompleks həllini tapmalıdır:

“Çünki kəndli sahədən məhsulunu toplayıb gətirsə yanacaq, AQTA və digər xərclər çıxacaq və maya dəyəri artacaq. Ona görə də həm məhsulların saxlanc yerləri olmalıdır, həm də onlar üçün müəyyən güzəştlər olmalıdır.

Fermerin məhsullarının daşınması ilə bağlı heç bir güzəşt nəzərdə tutulmayıb. Məsələ kopleks həll olunmalıdır ki, ixracat da  sistemli şəkildə təşkil edilə bilsin. Bunu təşkil etmək üçün də dövlətin kompleks proqramları olmalıdır.

Logistika üzrə güzəştlərlə yanaşı daxili tələbatı təmin etmək üçün soyuducu anbarların sayı artırılmalıdır, eyni zamanda xarici bazarların tapılmasında da dövlət fermerin yanında olmalıdır. Bu olmadıqda yetərincə ixracat olmayacaq. Hər il kəndlinin məhsulu sahədə batacaq. Bir məqam da odur ki, bugünlərdə biz daha çox pomidorla bağlı belə görüntülərin şahidi oluruq.

Xüsusilə də bu sahə ilə məşğul olan rayonlarımızda pomidoru çölə tökürlər. Pomidor elə strateji məhsuldur ki, onun emalını təşkil etmək lazımdır. Çox da böyük investisiya tələb olunmur. Görünür bu sahədə nə heç kimə imkan verməyiblər, nə də  dövlət tərəfindən investisiya layihəsi həyata keçirilməyib.

Ona görə də bu kimi strateji məhsulları emal etmək, saxlamaq, ixrac etmək olar. Bir nazirlik deyil, bir neçə nazirlik güzəştləri ortaya qoymalıdır. Bu sahəyə güzəştli kreditlər ayrılmalıdır. Eyni zamanda əlavə inzibati basqılar olmamalıdır. Bütün bunlar kompleks şəkildə icra olunarsa, ölkədə kənd təsərrüfatı inkişaf edə bilər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: məhsul israfçılıq Razi Abbasbəyli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri