Icma.az
close
up
RU
İsrafçılığın qarşısı ən yüksək səviyyədə alınmalıdır

İsrafçılığın qarşısı ən yüksək səviyyədə alınmalıdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Təəssüf ki, “kimsənin məsləhətinə və təklifinə ehtiyacım yoxdur. Mən öz işimi hamıdan yaxşı bilirəm” kimi fikirlər insan beyninin ən dərin qatında yer alıb daşlaşmış bir düşüncədir. Buna görə də təcrübə onu göstərirki kənardan verilən təkliflər ayrı-ayrı qurumlar tərəfindən çox nadir hallarda müsbət qiymətləndirilir.
Lakin dünənki müşavirədə cənab Prezidentin ictimaiyyət nümayəndələrinin təkliflər verə bilmələrinə dair çağırışından sonra öz təklif və tövsiyyələrimi yazmağı özümə borc bilirəm.
Təkliflərdən öncə qeyd edim ki, paytaxtın tıxac problemlərinə müşavirə keçirərək ən yüksək səviyyədə münasibət bildirilməsi təqdirəlayiq hadisədir. Eyni zamanda bu problemlərin həllinə yönəlik dövlət proqramının qəbul edilməsinə və doğru icrasına sinəsi partlayan Bakının böyük ehtiyacı vardı.
Konkret təkliflərimə gəldikdə isə bu dövlət proqramı hal-hazırda tam detalları ilə ictimaiyyətə açıqlanmadığı üçün təklifləri də ümumi konteksdə aşağıdakı kimi ifadə etmək istərdim:
■ Yol tikinti layihələri böyük vəsaitlər tələb etdiyindən, əvvəlki illərdə yol və körpü tikintisi zamanı yaşanan xoşagəlməz halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır.
■ İsrafçılığın qarşısının ən yüksək səviyyədə alınmalıdır. Məsələn, saysız-hesabsız yerüstü piyada keçidlərinin bahalı materiallarla örtülməsi və süni şəkildə dəyərinin şişirdilməsi yolverilməzdir. Küçədə yerüstü piyada keçidlərinin üstünün bahalı materiallarla bağlanması. yeraltı keçidlərin mərmər döşənməsi kimi adətlərə son qoyulmalıdır.
■ Tikinti işləri üzrə xərclər maksimum şəffaf olmalı və dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin edilməlidir. Bütün tenderlər tam şəffaf keçirilməli və proses ictimaiyyət tərəfindən izlənə bilməlidir.
■ Rəqabət mühiti təmin olunmalıdır. Real rəqabət olmalıdır ki, keyfiyyət və səmərəlilik artsın və yerli sahibkarlığın inkişafına bu ciddi təhfə versin, nəinki qeyri-sağlam rəqabət şəraitində dövlət vəsaitləri mənimsənilsin.
■ Hesablama Palatasının hesabatlarında dəfələrlə büdcə vəsaitlərinin qeyri-səmərəli istifadəsinə dair ciddi faktlar qeyd olunub. Eyni zamanda ölkə başçısı də müşavirədə Bakıda nəqliyyatın hərəkətinə dair çox ciddi çatışmazlığı olan uğursuz layihələri vurğuladı və qınadı. Ona görə də bu layihələrə Hesablama Palatası ən yüksək səviyyədə nəzarət etməlidir.
■ Texniki-iqtisadi qiymətləndirmə ən ciddi təhlillərlə tamamlqqnmalıdır
■ itifadə olunan vəsaitlərin hesabatlılığı təmin olunmalı, xərclər üzrə tam şəffaflıq olmalıdır.
■ Tramvay xətləri tıxac probleminin həlli deyil. Dünya tranvaya ekoloji həll kimi baxır. Odur ki, bu daha çox ekoloji nəqliyyat layihəsidir və sıx hərəkət olan yerlərdə effektiv həll ola bilməz. Tramvayın hərəkət etdiyi ikinci zolaq, elektrik təchizatı problemləri və nasazlıq halları tıxacları daha da artıracaq. Bakı o zamankı küçələri boş Bakı deyil ki, tramvay haqda düşünülsün. Bu kütləvi əlavə maliyyə yükü yaratmaqdan başqa bi rşey deyil. Bunu bir dəfəlik anlamaq lazımdır. Vaxt vardı Bakı-Sumqayit qatarına nə qədər pul sərf edildi ki Bakı-Sumqayit yolu nisbətən düzələcəkdir. Düzəldimi? Əlbəttə yox. Real sərnişin axınları doğru təhlil edilərdisə bunu da öncədən demək olardı. Odur ki, metro istisna olmaqla “dəmir trayektoriyalar” əlqvə maliyyə yükü yaradacaq və Bakıda tıxacların xilaskarı ola bilməyəcək. Tramvay isə nəinki fayda verməyəcək, əksinə yolları daraldacaq və problemləri artıracaqdır.
■ Daha geniş təkliflərin verilməsi üçün qeyd etdiyim kimi dövlət proqramı bütün detalları ilə, o cümlədən, hazırlanacaq layihələr şəffaf şəkildə ictimaiyyətə təqdim edilməli və geniş müzakirəyə açıq olmalıdır.
■ Ən əsası müzakirə üçün real vaxt verilməlidir – qısa müddətli (5-10 günlük) müzakirələr əvəzinə bir neçə ay müddətində ictimai rəy toplamaq lazımdır.
■ Müzakirələrə ekspertlər, biznes nümayəndələri, vətəndaş cəmiyyəti və vətəndaşlar cəlb olunmalıdır. Onlayn platformalar, açıq forumlar və ictimai dinləmələr təşkil edilməlidir.
Eldəniz Əmirov, iqtisadçı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri