Icma.az
close
up
RU
Toylarda olan israfçılığın qarşısını necə almaq olar? KULTROLOQ AÇIQLADI

Toylarda olan israfçılığın qarşısını necə almaq olar? KULTROLOQ AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan milli toyları yalnız şənlik, mərasim deyil, eyni zamanda çox böyük bir kreativ biznesin çox böyük bir hissəsini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu mərasimlər müxtəlif sahələrdən tutmuş musiqiçilər, video-foto xidmətləri, avtomobil icarəsi, qida təchizatı, geyim, saç düzümü və kosmetika xidmətlərinə qədər, minlərlə insanın və biznesin dolanışıq mənbəyinə çevrilmişdir: “Lakin bu sistemin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Son illərdə toyların şan-şöhrət yarışına çevrilməsi nəticəsində çox sayda ailə maddi çətinliklərə düşür. Bəzi valideynlər uşaqlarının toyunu “kralvari” keçirmək üçün kredit götürür, bəzən isə evlərini satmaq məcburiyyətində qalırlar. Müğənnilərə verilən yüksək qonorarlar, bahalı şadlıq sarayları, lüks dekorasiyalar və digər xərclər insanların maddi yükünü daha da ağırlaşdırır. Bütün bunların fonunda “ayağını yorğanına görə uzat” prinsipinin tətbiq olunmaması, cəmiyyətin maddi imkandan çox görüntüyə üstünlük verməsi, toylarda israfçılığın artmasına səbəb olur. Bu nəticə etibarilə ailələrin uzunmüddətli maliyyə çətinliklərinə, borclanmaya, hətta bəzi hallarda ailədaxili münaqişələrə və sosial faciələrə qədər aparıb çıxara bilir. Toyların bu qədər şişirdilmiş şəkildə keçirilməsi nəticəsində cəmiyyət “toy borcu” psixologiyası ilə yaşayır. Gənc ailələrin bəziləri toy mərasimindən sonra kredit ödəmələri ilə üz-üzə qalır və bu da ailə həyatının başlanğıc mərhələsində psixoloji və maddi gərginlik yaradır.

Gələcəkdə valideyn olmağa hazırlaşan cütlüklər üçün isə bu vəziyyət daha da çətinləşir. Təkliflərdən biri odur ki, toy mərasimlərini daha sadə, səmərəli və iqtisadi cəhətdən əlverişli formatda təşkil etmək mümkündür. Məsələn, bəzi hallarda virtual və ya hibrid toylar təşkil edilə bilər ki, bu həm qonaqların sayına nəzarət etməyə, həm də xərcləri azaltmağa imkan verir. Toydan sonra gənc cütlüklərin yaşamağa məkan tapmaması, valideynlərlə bir evdə sıx şəraitdə yaşamaq məcburiyyətində qalması ailə daxili münasibətlərin pozulmasına səbəb olur. Bu problemin həlli üçün təklif edilən yollar arasında şadlıq evlərində yeni evlənən cütlüklər üçün xüsusi otaqların ayrılması, ya da toy xərclərinin bir hissəsinin ipoteka ödənişlərinə yönəldilməsi kimi praktiki yanaşmalar yer alır. Azərbaycan toy mədəniyyəti zəngin və rəngarəngdir. Lakin bu ənənənin maddi və sosial baxımdan insanları yükləməsi, sevincin yerini narahatlığa verməsi artıq ciddi bir problemdir. Toylar sadəliyə, səmimiyyətə və münasib maliyyə planlamasına əsaslanmalıdır. Cəmiyyət bu məsələdə ictimai həmrəylik göstərməli, şəxsi nüfuz və israfçılıq yarışından uzaq durmalıdır. Əgər bu tendensiyaya "stop" deyilirsə, nəticədə Azərbaycan cəmiyyəti daha sağlam, xoşbəxt və iqtisadi baxımdan daha dayanıqlı ailələrə sahib ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri