Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Boliviyada sosialist hakimiyyəti sona yaxınlaşır

Boliviyada sosialist hakimiyyəti sona yaxınlaşır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Avqustun 17-də Boliviyada prezident seçkiləri keçirilib. Qeyd edək ki, prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün iki aydan sonra seçkilərin ikinci turu keçiriləcək. İlk turda yüksək faizli səslə önə çıxan liberal siyasətçi - senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti, mühafizəkar baxışları ilə tanınan Xorxe Quiro ikinci turda bir-birinə rəqib olacaqlar. Ali Seçki Məhkəməsinin səslərin hesablanması??? nəticələrinə dair məlumatında qeyd olunur ki, seçkilərin birinci turunda namizədliyi Xristian Demokrat Partiyası tərəfindən irəli sürülən Rodriqo Pas 32,08 faiz, Azadlıq və Demokratiya Partiyasının namizədi Xorxe Quiro 26,94 faiz, Birlik Partiyasının namizədi Samuel Doria Medina isə 19,93 faiz səs toplayıb. S.D.Medina öz məğlubiyyətini etiraf etdiyi üçün seçkilərin ikinci turunda iştirak etməyəcək. Xüsusi olaraq vurğulayaq ki, Boliviyanın seçki qanunvericiliyinə görə, birinci turda qalib gəlmək üçün namizədin mütləq səs çoxluğu (50 faiz + 1) və ya 40 faiz səs toplaması lazımdır, bu şərtlə ki, ən yaxın rəqibdən fərq 10 faizdən çox olsun. Namizədlərdən heç biri tələb olunan bu səsi toplamadığı üçün oktyabrın 19-da seçkilərin ikinci turu keçiriləcək.

Boliviyada yeni siyasi dövr

Boliviyada iyirmi üç illik sosialist hakimiyyət artıq öz dövrünü başa vurur. İqtidar partiyası - Sosializm Hərəkatı Partiyasının namizədi Eduardo del Kastillo 5 faizdən aşağı - 3,15 faiz səs toplayıb. Digər solçu namizəd Androniko Rodriqez isə 8,11 faiz səs əldə edib. Ölkənin hazırk? prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərdə iştirak etməyib. Boliviyada uzun müddət ərzində hakimiyyətdə olan solçu qüvvələrin son seçkilərdə ağır məğlubiyyətə düçar olması bir sıra səbəblərlə bağlıdır. Ölkədə iqtisadi-sosial böhran hökm sürür - bu da insanların sosial rifahına ciddi şəkildə təsir göstərib. Uzun müddətdir ki, sadə boliviyalılar yanacaq çatışmazlığı, ərzaq məhsullarının qıtlığı, işsizlik və yüksək inflyasiyadan əziyyət çəkirlər. Məhz bu iqtisadi problemlər səbəbindən Boliviya vətəndaşlar? siyasi rejimi dəyişmək qərarına gəliblər. 

Ölkə rəhbərliyinə yeni namizədlər nə vəd edir?

Rodriqo Pas Pereyra Boliviyanın prezidenti seçiləcəyi təqdirdə ölkədə dövlət strukturlarının mərkəzləşdirilməsi, sərfəli kredit proqramının tətbiq olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, ixrac və idxal məhdudiyyətlərin?? aradan qaldırılması, o cümlədən vergi və rüsumların azadılması istiqamətində islahatlar həyata keçirəcəyini vəd edib. Siyasətçi Boliviyanın  Cənubi Amerika Ümumi Bazarına inteqrasiyasının tərəfdarıdır. Rodriqo Pas Pereyranın rəqibi Xorxe Quiro isə bəyan edib ki, hakimiyyətdə olacağı zaman onun ilkin prioriteti büdcə kəsirini azaltmaq, dövlət şirkətlərini özəlləşdirmək, dövlət xərclərini ciddi şəkildə tənzimləmək, əhalinin sosial problemlərdən xilası üçün iş yerlərinin sayını artırmaq və azad biznes mühitini inkişaf etdirmək olacaq.

Xarici siyasət 

Yeni siyasi qüvvələrin hakimiyyəti dövründə Boliviyanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilir. Rodriqo Pas Pereyra öz çıxışlarında bəyan edib ki, onun xarici siyasətdə ilkin addımı ölkəsinin ABŞ və Braziliya ilə münasibətlərini genişləndirmək olacaq. O, prezident Luis Arce hökumətini Boliviyanın xarici siyasətini yalnız Rusiya və İranla əlaqələrlə məhdudlaşdırdığına görə tənqid edib. Xorxe Quiroya gəlincə, o, Rusiyanın Cənubi Amerikada siyasi və iqtisadi təsirinin artmasını qəbuledilməz olduğunu və ölkəsinin BRİKS ilə münasibətlərinə yenidən baxılmasını zəruri hesab edir. Xorxe də ABŞ-la münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Qeyd edək ki, Cənubi Amerikanın 4 ölkəsi - Braziliya, Venesuela, Paraqvay və Boliviya Rusiya ilə çox yaxın münasibətlərə malik olan ölkələr kimi tanınırlar. Moskva bu ölkələrlə bir sıra iqtisadi sazişlər imzalayıb və rus şirkətləri sözügedən ölkələrdə mühüm enerji və investisiya layihələri həyata keçirirlər. Son on - on beş il ərzində Rusiya bu dörd ölkə ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər kontekstində Cənubi Amerikada kifayət qədər öz təsir imkanlarını artırıb. Ekspertlər hesab edirlər ki, Boliviyada ABŞ-a yaxınlığı ilə seçilən yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanın regionda nüfuzuna ciddi zərbə vuracaq. Ona görə ki, Venesuela və Paraqvayda da eyni siyasi proseslərin baş verməsi gözlənilə bilər.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri