Icma.az
close
up
RU
Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain Polis əməliyyatının MARAQLI DETALLARI

Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain Polis əməliyyatının MARAQLI DETALLARI

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə diqqətçəkən polis əməliyyatlarından biri də Sabunçuda baş tutub. Əməliyyat zamanı özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Ondan bir kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb.

H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə iki ədəd odlu silah aşkarlanıb.

Kokainin mənşə ölkəsi, əsasən, Cənubi Amerika regionu - Kolumbiya, Peru, Boliviya hesab olunur. Kokain "Erythroxylum coca" adlı bitkidən alınır. Kokainin sənaye miqyasında istehsal üçün çoxlu koka yarpağı lazımdır. Bu bitki, əsasən, Cənubi Amerikanın dağlıq və tropik ərazilərində yetişir. Narkokartellər kokaini, əsasən, Amerika, Avropa ölkələrinə, həmçinin Azərbaycana da daşıyırlar. Kokain kartelləri milyardlarla dollar dövriyyəsi olan "qara bazar"ı yaradır.

Azərbaycanda 2024-cü il ərzində qanunsuz dövriyyədən ümumi dəyəri 154 milyon 579 min manat kimi qiymətləndirilən kokain, heroin, həşiş, tiryək və psixotrop maddələr çıxarılıb.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu rəqəmlər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatında yer alır. 2023-cü ildə isə qanunsuz dövriyyədən 281 milyon 484 min manatlıq narkotik vasitələr çıxarılmışdı. Ötən il hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli ümumilikdə 8 549 cinayət faktı aşkarlayıblar. Onlardan 2 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, altısı isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 403 kiloqram 647.445 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Həmin maddələrin 524 kiloqram 59.659 qramını heroin, 5 ton 313 kiloqram 809.136 qramını marixuana, 164 kiloqram 849.07 qramını tiryək, 38 kiloqram 852.443 qramını həşiş, 205 kiloqram 385.123 qramını psixotrop maddələr, 156 kiloqram 692.014 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38 807 ədəd metadon, 15 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həbşəkilli güclü təsir edən maddə, 10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Ötən ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1 439.6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Dövlət Komissiyasının məlumatında bu gün Azərbaycanda "qara bazar"da satılan narkotik vasitələrin topdan və pərakəndə satış qiymətləri də yer alır.

Belə məlum olur ki, Azərbaycanda ən baha narkotikin - kokainin 1 kiloqramı 250-300 min manatdır. Heroin 17-20 min manat, tiryək 3-3.5 min manat, yerli marixuana 10-12 min manat, İran mənşəli marixuana 6-8 min, həşiş 2-2.5 min manat, metamfetamin 22-23 min, ekstazi həblərinin ədədi 20-25 manatdır.

Narkotiklərin pərakəndə satış qiymətləri isə belədir: Kokain pərakəndə satışda 500-600 min manat, heroin 25-40 min manat, tiryək 10-12 min manat, marixuana 20-25 min manat, həşiş 7-8 min manat, metamfetamin 50-70 min manat, ekstazi həblərinin ədədi 30-35 manatadır.

Deputat, narkotiklərlə mübarizəyə "Qara kabus" adlı kitab həsr edən Arzu Nağıyev açıqlamasında bildirib ki, Azərbaycanda son illər narkotiklərlə mübarizə sahəsində çox ciddi tədbirlər görülür:

"Narkotik təkcə Azərbaycanda deyil, bütün dünyada problemə çevrilib. Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyükmiqyaslı problemə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində ciddi işlər aparılır.

Bu gün transmilli mütəşəkkil cinayətkar dəstələrin əsas dörd istiqamətdə fəaliyyəti var. Bunlar:

İran - Azərbaycan;

İran - Azərbaycan - Rusiya - Yaponiya;

İran - Azərbaycan - Gürcüstan - Avropa;

İran - Azərbaycan - Rusiya - Ukrayna.

Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır. Fikir verirsinizsə, tədbirlərin miqyası genişləndikcə, keyfiyyətcə yeni mərhələyə adladıqca, narkomafiyalar da iş prinsiplərini yeniləyirlər. Motokuryerlərdən, mopedlərdən, dronlardan istifadə nisbətən yeni üsullardır. Amma bunlara qarşı da mübarizə aparılır və hər ötən gün daha da təkmilləşdirilir. Ümumilikdə isə yaxın 20-30 ildə dünyanı ağuşuna alan narkotik bəlasının kökünü kəsmək mümkün görünmür. Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün müvafiq tədbirlər görür.

Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə, əsasən, Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün "qara bazar"da 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini beş istifadəçi alırdısa, hazırda 1 qram heroin yeddi hissəyə bölünərək satılır".

Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik və psixotrop maddələrin azalması da təsdiq edir ki, Azərbaycan İranla sərhədini möhkəmləndirib:

"Əvvəllər narkotiklər, əsasən, Balkan ölkələri üzərindən daşınırdı. Orada müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başladı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edirlər. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - "Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Niderland, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi.

Azərbaycanın Qarabağ zonası işğal altında olarkən narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdılar. BMT-nin hesabatlarında bu barədə məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Qarabağ heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı "Dünya narkotiklər hesabatı"nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tuturlar".

"BMT-nin narkotiklərlə bağlı hesabatına görə, ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Bu rəqəm hər il artır. Çox təəssüf ki, xüsusilə gənc nəsil narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələrini tam olaraq dərk etmir. Bu baxımdan, müntəzəm maarifləndirmə mühüm əhəmiyyətə malikdir. Cəmiyyətdə "ağ ölüm" adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddə olması təlqin edilməli, fəsadlarının ciddiliyi, həyat, birgəyaşayışa çox ciddi zərbələr vurduğunu dönə-dönə izah etmək vacibdir. Hər bir gənc bilməlidir ki, narkotiklər fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarını şərtləndirir. Narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Xüsusi olaraq, gənclər, həmin o mopedin, motosikletin sükanı arxasına keçib narkokuryerlik edənlər bilməlidirlər ki, cinayətə cəlb ediliblər və özləri kimi gəncləri zəhərləməklə məşğuldurlar. Və məkandan asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları gec-tez başlarının üstünü kəsdirəcəklər", - A.Nağıyev deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin "Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası"na, "Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası"na, "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası"na qoşulub, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlayıb, memorandumlar imzalayıb, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb.

Beynəlxalq miqyasda kokain satışından illik gəlirin 100 milyard ABŞ dollarına qədər ola biləcəyi barədə hesabatlar var. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) və Avropa Narkotiklər Müşahidə Mərkəzinin (EMCDDA) hesabatlarında milyardlarla gəlirin, əsasən, Avropa və Amerikada əldə olunduğu qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see165

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see134

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see125

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see123

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see122

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see122

Rəsmi Moskva: Kiyevlə müvəqqəti atəşkəsə deyil, şərt olmadan danışıqlara hazırıq

30 Aprel 2025 00:09see120

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see120

Abbas mayın 8 də Moskvaya gəlməyi planlaşdırır

29 Aprel 2025 20:39see117

Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü

30 Aprel 2025 15:05see116

Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edəcək

30 Aprel 2025 19:48see115

Tramp zarafat etdi: “Yeni Roma Papası özüm olardım”

30 Aprel 2025 01:14see114

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

29 Aprel 2025 21:38see113

Zaqatalada gənc qız özünü evin damında asdı

29 Aprel 2025 21:22see112

Fırıldaqçılar kart məlumatlarını necə ələ keçirirlər? AİKTSA sədrindən xəbərdarlıq

30 Aprel 2025 21:36see111

Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR

30 Aprel 2025 01:42see111

SON DƏQİQƏ: Tiflisə qatar bu tarixdə AÇILACAQ

30 Aprel 2025 14:09see110

Hindistan terror hücumuna istədiyi kimi cavab verəcək

29 Aprel 2025 21:11see110

Aynişan Kənandan niyə ayrılıb? MARAQLI SƏBƏB VİDEO

29 Aprel 2025 23:24see110

Səfərbərlik Xidməti: Bu qaydalar sərtləşdirildi!

30 Aprel 2025 10:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri