Icma.az
close
up
RU
Danışıqları uzatmaq üçün diplomatik duman yaradılır ANALİTİK

Danışıqları uzatmaq üçün diplomatik duman yaradılır ANALİTİK

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Konstitusiya dəyişmədən heç bir sülh sənədi tamhüquqlu ola bilməz


“Ermənistan hökumətinin "sülhə hazırıq" mesajları Qərb auditoriyasına hesablanmış görüntüdür”

Hələlik Ermənistan və Azərbaycan sülh sazişinin imzalanma yeri və tarixi barədə qərar verməyib. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib. Nazir bəyan edib ki, imzalanma üçün dəqiq tarix və ya yer yoxdur. Onun sözlərinə görə, İrəvan sülh sazişinə harada və nə vaxt imza atmaqla bağlı məsləhətləşmələrə başlamağa hazırdır: "Ermənistan və Azərbaycan arasında sülh artıq bir reallıqdır və sazişin imzalanması sadəcə texniki məsələ ola bilər". Məlum olduğu kimi Kreml son günlərdə Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin "Moskva Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır" açıqlaması da bundan xəbər verir. Rusiyalı diplomat düşünür ki, Moskva İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ABŞ-də, Gürcüstanda imzalanması ilə bağlı fikirlər də var. 


Siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a bildirib ki, Ermənistan hökumətinin "sülhə hazırıq" mesajları Qərb auditoriyasına hesablanmış görüntüdür. Ekspertin qənaətincə, A.Mirzoyanın "sazişin imzalanacağı yer və vaxt barədə dərhal məsləhətləşməyə hazırıq" deməsi, əslində, danışıqları uzatmaq üçün diplomatik duman yaratmaq cəhdidir: 

"Əgər İrəvan doğrudan da sülh istəyirsə, gərək bunun siyasi deyil, hüquqi əsasını formalaşdırsın, yəni Ermənistan Konstitusiyasını dəyişsin. Sülhün qarşısını alan təkcə köhnə düşüncə deyil. Ermənistanın ali qanunu hələ də Azərbaycanın suverenliyinə zidd müddəalar daşıyır. 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən preambula "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini" hədəf kimi saxlayır. Bu, 2025-ci ildə regionda yeni reallıqlar fonunda sadəcə arxaik deyil, təhlükəlidir. Azərbaycan üçün bu, ritorika yox, milli təhlükəsizlik məsələsidir. Konstitusiyada belə maddə olduğu müddətdə heç bir saziş davamlı ola bilməz. Çünki sonrakı hökumət həmin müddəaya istinad edib, sülhü ləğv edə bilər. Paşinyan reallıqda çıxılmaz vəziyyətdədir. Daxildə onu "Qarabağ klanı" adlanan revanşist çevrələr sıxışdırır. Xaricdə isə Qərb vasitəçiləri prosesin hərəkət etdiyini göstərmək üçün formal irəliləyiş tələb edir. Nəticədə, Ermənistanın diplomatik ritorikası praqmatik addımlarla üst-üstə düşmür. Bakı isə açıq şəkildə bəyan edir ki, söz deyil, nəticə gözlənilir. Konstitusiya dəyişməyincə, heç bir sənəd tamhüquqlu sülh kimi qəbul olunmayacaq".


Analitik hesab edir ki, əslində, prosesdə real dinamika sərhədlərin delimitasiyasından və iqtisadi əməkdaşlıqdan gəlir: 

"Qazax rayonunun dörd kəndinin qaytarılması, sərhədin 1976-cı il xəritələri əsasında müəyyənləşdirilməsi ilk praktik addımlar idi. Bu təcrübə göstərdi ki, danışıqlar yalnız konkret xəritələr və hüquqi baza üzərində aparıldıqda nəticə verir. Siyasi bəyanatlar isə bu fonu sadəcə müşayiət edir. İndi diqqət iqtisadi amillərə yönəlir. Azərbaycan Ermənistanın tranzit dəhlizindən istifadə ideyasına "sülhün iqtisadi dəyəri" kimi baxır. Paşinyanın "Sülh kəsişməsi" layihəsi reallaşarsa, İrəvan üçün real gəlir mənbəyi ola bilər. Amma bu, yalnız sabitlik və qarşılıqlı etimad şəraitində mümkündür. Yəni sülh əvvəlcə siyasi, sonra iqtisadi kapital tələb edir".


E.Alıoğlu qeyd edib ki, regional balansda əsas faktor Bakı-Ankara tandemi olaraq qalır: 

""Şuşa Bəyannaməsi" iki ölkəni təkcə hərbi-strateji müttəfiqlər deyil, həm də sülh arxitekturasının təminatçıları kimi birləşdirir. Türkiyə üçün Ermənistanla sərhədin açılması yalnız bir halda mümkündür. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bütün müddəalardan imtina edərsə, sərhədlər açılar. Bu, Ankaranın yox, reallığın diktəsidir. 2009-cu ilin "Sürix protokolları"nda edilən səhv təkrarlana bilməz". 


Ekspert İrəvanın 2026-cı ildə keçiriləcək Avropa Siyasi Birliyi sammitində Azərbaycan və Türkiyə prezidentlərini qəbul etməyə can atmasına da münasibət bildirib: 

"Bu, ancaq konkret dəyişikliklər fonunda baş verə bilər. Əks halda, belə dəvətlər yalnız simvolik jest kimi qalacaq. Azərbaycan və Türkiyə liderlərinin İrəvana səfəri sülhün başlanğıcı yox, nəticəsi olmalıdır. Əgər Paşinyan doğrudan da sülh istəyirsə, populizmə deyil, siyasi cəsarətə söykənməlidir. Əvvəlcə daxili sabitlik və seçki mandatı, sonra isə Konstitusiya islahatı baş verməlidir. Əks halda Ermənistan növbəti dəfə öz bəyanatlarının əsiri olacaq. Bu gün sülh sənədlərlə deyil, reallıqlarla yazılır. Qazax kəndlərinin qaytarılması, kommunikasiya layihələrinin bərpası, ticarət yollarının açılması sülhün dilidir. Əgər İrəvan bu dili öyrənməsə, regionun yeni memarlığında onun səsi sadəcə fon kimi qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri