Icma.az
close
up
RU
Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib...

Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu günlər mətbuat və sosial şəbəkələrdə “Boz kardinal” ifadəsinə tez-tez rast gəlmək olur... Bu ifadənin kimə tuşlandığı hamıya məlumdur – söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda dövlətə xayanətdə ittiham edilən Ramiz Mehdiyevdən gedir.
“Boz kardinal”lar siyasətdə əsasən kölgədə qalmağa üstünlük verən, lakin proseslərə dolayısı ilə çox ciddi təsir edən, hadisələri öz marağına uyğun yönləndirməyi bacaran şəxslər hesab olunurlar. Onlar çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirilirlər…
Ramiz Mehdiyev də uzun illər Azərbaycanda həm siyasi sistemin formalaşmasında, həm də elmi-akademik mühitdə kadr siyasətinə yön verən əsas fiqurlardan biri olub.
87 yaşlı akademik uzun müddət güclü təsir sahibi kimi tanınıb. Bu kontekst onu “hakimiyyətin arxasındakı güc” kimi təsvir edən şərhlərin çoxalmasına səbəb olub və siyasət kluarlarında “Boz kardinal” adlandırılıb.
Bəs Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib?
Sualın birmənalı cavabı yoxdur.
Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938‑ci ildə Bakıda doğulub. Elm və dövlət idarəçiliyi sahəsində uzun və təsirli karyerası var.

Sovet dövründə müxtəlif elmi‑siyasi və ideoloji strukturlarda işləyib, partiya və kommunist gənclər təşkilatlarında funksiyalar daşıyıb.

1995‑dən 2019‑a qədər Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyət göstərib; dövlət idarəetməsinin, kadr siyasətinin və daxili siyasi texnologiyaların əsas təsisçilərindən sayılırdı.

2019‑dan sonra AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) prezidenti kimi akademik fəaliyyətə yönəlmişdi.

O, uzun illər hakimiyyətdə əsas məmurlarından biri olsa da, özünü çox açıq siyasətçi kimi təqdim etməyib.

“Boz kardinal” ləqəbinin Ramiz Mehdiyevin obrazına uyğun gəlməsinin bir neçə səbəbi var.
Mehdiyev Prezident Administrasiyasının rəhbəri işləyəndə kabinet məmuru idi; dövlətin görünən hissəsində deyil, idarəetmənin içərisində çalışırdı. “Kölgədə qalmaq” siyasəti onun profilinə uyğun idi.

Prezident Administrasiyası rəhbəri kimi Mehdiyev əhəmiyyətli kadr yerlərinə təsir edirdi, dövlət institutlarının daxili siyasətində əsas söz sahiblərindən biri idi.
Seçki proseslərində, müxalifətlə münasibətlərdə, media və QHT-lərə nəzarətdə – ictimaiyyət tərəfindən önəmli hesab edilən strateji məqamlarda Mehdiyevin adı çəkilirdi.
Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbinin verilməsi, onun dövlət idarəetməsində “gizli, amma güclü” təsirçi rolunu vurğulamaq məqsədi daşıyıb. Bu ləqəb daha çox media, siyasi şərh və ictimai düşüncədə yaranıb. Ramiz Mehdiyevin “Boz kardinal” adlandırılması 90-cı illərin sonlarından - o, Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunandan xeyli sonra başlanıb.
Qeyd etdiyimiz kimi, Mehdiyev uzun illər dövlət idarəçiliyində - Prezident Administrasiyasının rəhbəri kimi (1995–2019) - əsas fiqurlardan biri olub. Bu qədər uzunmüddətli fəaliyyət dövründə təbii ki, onun təsir dairəsi çox geniş idi. Media və siyasi analitiklər tez-tez onun arxa planda, görünməyən güc mərkəzi kimi rol oynadığını irəli sürürdülər. Nazirlərin, nazir müavinlərinin, icra başçılarının təyinatında, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində yüksək vəzifələrə kimlərin gətirilməsi Ramiz Mehdiyevin xeyir-duası ilə baş tutub. Bu tendensiya “Boz kardinal” ləqəbinin formalaşmasında əsas rol oynayıb.
Bəzi siyasətçi və ictimai fiqurlar da ona qarşı çıxışlarında “Boz kardinal” ifadəsini işlədiblər, bu da ləqəbin kütlə arasına yayılmasını sürətləndirib. Və tədricən bu ləqəb jurnalist məqalələrində, təhlillərdə, bloqlarda və sosial mediada geniş yayılıb. Nəticədə “Boz kardinal” təsviri onun idarəçilik tərzinə, arxa planda kadr qüvvəsinin formalaşmasındakı müdaxiləsinə və “görünməyən güc” statusuna işarə kimi möhkəmlənib.
Xülasə, “Boz kardinal” ləqəbi daha çox media, siyasi şərh və ictimai rəy tərəfindən Ramiz Mehdiyevin  şəxsiyyətinə, idarəçilik üslubuna aid edilmiş metaforik obraz olub.
Amma bu gün Ramiz Mehdiyev artıq səssizdir. Həmin sükutda nəinki siyasi mövqenin itirildiyi, həm də illərlə qurduğu münasibətlər sisteminin öz əleyhinə çevrildiyi görünür.

Artıq onun “Boz kardinal” statusu, ictimai təsiri və dəstək bazası sarsılmağa başlayıb...
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 04:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri