Ərdoğan Paşinyanla Azərbaycanla sülhdən danışdı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında sülhü və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Paşinyanın Antalyaya səfərini və COP31 çərçivəsində Liderlər Sammitində iştirakını alqışlayıb. Paşinyan isə tədbirin yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidentini təbrik edib.
Ermənistanın Baş naziri, həmçinin Türkiyənin İzmir şəhərindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub. Tərəflər bu prosesin irəlilədilməsinin və məntiqi yekuna çatdırılmasının vacibliyini vurğulayıblar. İndiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi də diqqət mərkəzində olub.
Ərdoğan və Paşinyan regional proseslərə toxunaraq Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər.
Bundan başqa, nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:48
Bu xəbər 11 Noyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















