Bolqarıstan hökuməti “Lukoil”in neft emalı zavodunu ələ keçirməyə hazırlaşır
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bolqarıstanda hakim koalisiyaya daxil olan deputatlar hökumətə mühüm infrastruktur obyektlərinə nəzarət etməyə imkan verən qanun dəyişikliyi təklif ediblər.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu addım “Lukoil”ə məxsus Burqas neft emalı zavoduna nəzarətin tədricən dövlətin əlinə keçməsinə şərait yaradacaq.
Yeni qaydalara əsasən, hökumətin təyin etdiyi xüsusi inzibatçı təyinatdan sonra müəssisənin paylarına nəzarət edə və mülkiyyətin dəyişdirilməsi ilə bağlı prosesə başlaya biləcək.
Kreml bu addımı “Lukoil”in qanuni maraqlarının pozulması kimi qiymətləndirib. Rusiyanın enerji nəhəngi olan “Lukoil” xəbərdarlıq edib ki, şirkətin aktivlərinə tətbiq edilən sanksiyalar Burqas neft emalı zavodunun fəaliyyətini faktiki olaraq dayandıracaq. Bunun qarşısını almaq üçün Bolqarıstan hökuməti xüsusi inzibatçı vasitəsilə zavodun və şirkətin digər obyektlərinin işini davam etdirmək imkanını təmin edəcək.
Qanun layihəsi daha əvvəl prezident Rumen Radev tərəfindən veto edilsə də, parlament vetonu ləğv edib – 125 deputat lehinə, 74-ü isə əleyhinə səs verib.
Qeyd edək ki, “Lukoil” Bolqarıstanda 1999-cu ildən fəaliyyət göstərir və 8,8 milyon ton illik gücü olan Burqas neft emalı zavoduna, eləcə də 500-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir. Lakin Avropa İttifaqının Rusiya neftinə qoyduğu qadağalar şirkətin son illərdəki fəaliyyətinə ciddi təsir edib.
ABŞ-nin “Lukoil”i sanksiyalar siyahısına əlavə etməsi vəziyyəti daha da gərginləşdirib. Şirkət xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlasa da, planlaşdırılan “Gunvor” sövdələşməsi ABŞ Maliyyə Nazirliyinin mövqeyinə görə baş tutmayıb.
Yeni qanun dəyişikliyi ilə Bolqarıstan hökuməti enerji təhlükəsizliyini qorumaq və strateji obyektlərin fəaliyyətini təmin etmək üçün daha geniş səlahiyyətlər qazanacaq.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bolqarıstan Lukoil in zavodunu belə ələ keçirir
06 Noyabr 2025 18:26
Bolqarıstan Prezidenti “Lukoil”in aktivləri ilə bağlı qanun dəyişikliyinə veto qoyub
05 Noyabr 2025 17:13
Bolqarıstan ABŞ sanksiyalarına görə Lukoil ilə vidalaşa bilər...
24 Oktyabr 2025 18:27
İraq Lukoil in neft daşımalarını ləğv etdi
05 Noyabr 2025 00:41
Moldova Lukoil in aktivlərini alacaq
07 Noyabr 2025 16:17
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















