Bolqarıstan Prezidenti “Lukoil”in aktivləri ilə bağlı qanun dəyişikliyinə veto qoyub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bolqarıstan Prezidenti Rumen Radev “Lukoil”in Bolqarıstandakı aktivlərinin satışını Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) müsbət rəyinə bağlayan qanun dəyişikliyinə veto qoyub.
APA Bolqarıstan mediasına istinadən xəbər verir ki, oktyabrın 24-də qəbul edilmiş “İnvestisiyaların Təşviqi Qanununa Əlavə Haqqında Qanuna” əsasən, “Lukoil”in Bolqarıstanda sahib olduğu aktivlərin satışı yalnız Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) müsbət rəyinə əsaslanan Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilə bilərdi.
Qanunda qeyd olunurdu ki, SANS ilkin araşdırma aparmalı və “Lukoil-Bulgaria” EOOD, “Lukoil Neftochim Burgas” AD, “Lukoil Aviation Bulgaria” EOOD və “Sustainable Energy Supply” EOOD şirkətlərindəki pay və səhm satışına dair yazılı rəy təqdim etməlidir.
Bolqarıstan Prezidenti bildirib ki, bu qanun Nazirlər Kabinetini funksional baxımdan Dövlət Milli Təhlükəsizlik Agentliyinin rəyindən asılı vəziyyətə gətirir və bu da konstitusiyaya görə qəbuledilməzdir.
Baxış sayı:87
Bu xəbər 05 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















