Icma.az
close
up
RU
Bolqarıstan mətbuatında Azərbaycan və Ermənistan arasında davamlı sülh perspektivlərini əhatəli təhlil edən analitik məqalə dərc olunub

Bolqarıstan mətbuatında Azərbaycan və Ermənistan arasında davamlı sülh perspektivlərini əhatəli təhlil edən analitik məqalə dərc olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Buxarest, 6 may, AZƏRTAC

Bolqarıstanın qabaqcıl “KROSS” nəşri Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin başa çatmasından sonra yaranmış vəziyyəti və regionda davamlı sülh perspektivlərini əhatəli təhlil edən analitik məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrin qənaətinə görə, 35 il davam edən və 40 min nəfərdən çox insanın həyatına son qoyan münaqişənin sona çatması Cənubi Qafqaz üçün yeni siyasi və iqtisadi imkanlar yaradıb. Hələlik rəsmi sülh müqaviləsi imzalanmasa da, hərbi əməliyyatların tam dayandırılması nəticəsində tərəflər arasında faktiki sülh bərqərar olub və bu sabitlik daha da möhkəmlənməkdədir. Bildirilir ki, Azərbaycan və Ermənistan sülh sazişi layihəsi üzrə razılığa gəlsələr də, sənədin imzalanması qarşısında duran əsas maneə Ermənistan Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları barədə müddəlardır. Bakı bu müddəaların aradan qaldırılmasını zəruri sayır. Qeyd edilir ki, belə bir dəyişiklik üçün Ermənistanda referendum keçirilməli və ictimai dəstək təmin olunmalıdır, bu da hazırda qeyri-müəyyən olaraq qalır. “KROSS” nəşri, həmçinin ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı fikir ayrılıqlarına toxunur.

Nəşr Fransa və Almaniya arasında İkinci Dünya müharibəsindən sonra formalaşan əməkdaşlıq modelinə istinad edərək vurğulayır ki, Ermənistan və Azərbaycan da uzunmüddətli sabitliyə nail olmaq üçün oxşar strateji yanaşma tətbiq etməlidirlər. 2024-cü ildə iki ölkə arasında sərhədlərin müəyyən olunması və demarkasiyası üzrə əldə olunan razılaşma bu baxımdan müsbət nümunə kimi qiymətləndirilir.

Sonda qeyd olunur ki, sülh sazişinin imzalanmaması tərəflərin barışıq prosesini dayandırmamalıdır. Əksinə, bu mərhələ sülh üçün təməl hazırlığı dövrü kimi dəyərləndirilməlidir. Əlavə edilib ki, əgər düzgün idarə olunarsa, bu sakitlik yalnız müvəqqəti atəşkəs deyil, həm də Ermənistan və Azərbaycan arasında davamlı və səmərəli münasibətlərin bünövrəsini təşkil edə bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri