Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri oldu
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri olub.
Metbuat.az xəbər verir ki, Bolqarıstan və Rumıniya quru yolu ilə Avropa İttifaqının Şengen səyahət zonasına qoşulub. Məlumata görə, Avropa İttifaqı ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb. Bundan əvvəl iki ölkə dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilmişdi.
Qeyd edək ki, bundan əvvəl Hollandiya, Macarıstan və Avstriya, Bolqarıstan və Rumıniyanın Şengenə daxil olmasını bloklamışdı. Bu ölkələr Bolqarıstan və Rumıniya ilə bağlı miqrasiya və korrupsiya kimi məsələləri irəli sürmüşdü. Ardınca məsələlər həllini tapmış, Hollandiya və Macarıstandan sonra Avstriya da vetosunu geri çəkmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Dekabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















