Icma.az
close
up
RU
Bolqarıstanda keçirilən 20 ci beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycan təmsil olunub

Bolqarıstanda keçirilən 20 ci beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycan təmsil olunub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin 8-10 oktyabr tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 20-ci beynəlxalq Mədəni turizm sərgisində Azərbaycanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycanın Bolqarıstandakı Səfirliyi təmsil edib.

XQ xəbər verir ki, sərgidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. ŞŞDQİ nümayəndələri sərgi iştirakçılarına Şuşanın turistik məkanları, turistlər üçün Şuşaya gəliş yolları, habelə Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq tədbirləri barədə ətraflı məlumat veriblər.

Azərbaycanın Bolqarıstandakı Səfirliyi sərgidə Azərbaycanın mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stend nümayiş etdirərək müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Sərgidə həmçinin, Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın tarixi və mədəni elementlərini, ecazkar təbiətini və zəngin memarlıq üslubunu təzahür etdirən fotoşəkillər nümayiş etdirilib.

20-ci Mədəni Turizm sərgisi çərçivəsində 9 oktyabr Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərinin meri Daniel Panovla görüş keçiriblər. Görüşdə qardaşlaşmış şəhərlər olan Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mədəniyyət və turizm tədbirlərinin, həmçinin təcrübə mübadiləsinin təşkilinə dair müzakirələr aparılıb. 

Xatırladaq ki, hər il Bolqarıstan Respublikasının Turizm Nazirliyinin, aidiyyəti hakimiyyət orqanların rəhbərlərinin, yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasıdır və 3 gün davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri