Icma.az
close
up
RU
Bolt Accelerator proqramı ikinci mərhələyə keçir FOTOLAR

Bolt Accelerator proqramı ikinci mərhələyə keçir FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bolt Azərbaycan “Bolt Accelerator” proqramının birinci mərhələsinin uğurla tamamlandığını və layihənin ikinci mərhələsinin başladığını elan edib. Yeni mərhələdə ən yüksək nəticə göstərən iştirakçılar xüsusi təlim və mentorluq dəstəyi alaraq öz biznes ideyalarını inkişaf etdirərək 2 dekabr tarixində keçiriləcək “Demo Day” “Təqdimat Günü tədbirində iştirak edəcək və seçilmiş münsiflər heyəti qarşısında təqdim edəcəklər. Seçilən ən yaxşı 10 biznes ideya layihəsinə və komandalara müxtəlif maddi və qeyri maddi mükafatlar təqdim ediləcək. 
Proqramın birinci mərhələsinin nəticələri
Ümumilikdə 809 nəfər layihəyə qoşulub, onlardan 220 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb. 
Seçilmiş və təlimdə iştirak edən iştirakçılardan 
●    54 iştirakçı imtahanı uğurla tamamlayıb
●    35 namizəd müsahibə mərhələsinə dəvət alıb
●    20 iştirakçı isə ikinci mərhələyə seçilib
Bu göstəricilər, iştirakçıların yüksək motivasiyasını və proqram müddətincə sabit iştirak səviyyəsini əks etdirir.
İkinci mərhələyə keçən iştirakçılar üçün xüsusi qrup yaradılıb və onlar “Bootcamp” mərhələsində intensiv təlimlərə cəlb olunublar. 
Xatırladaq ki, Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.
Azərbaycanda keçirilən proqram çərçivəsində finalda 7 qalib seçiləcək. Ümumi mükafat fondu 36 500 AZN təşkil edir və qalib gələnlər arasında: 
* 1 nəfər – 10 000 AZN
* 1 nəfər – 7 000 AZN
* 3 nəfər – 4 500 AZN
* 2 nəfər – 3 000 AZN qazanacaqlar. 
Bolt Azərbaycan komandasının nümayəndəsi, Əməliyyatlar meneceri Ramil Maharramov proqram barədə deyib:
“Bolt Accelerator proqramı ilə məqsədimiz gənclərin sahibkarlıq potensialını ortaya çıxarmaq, onların innovativ ideyalarını reallaşdırmaq və Azərbaycanda startap ekosisteminin inkişafına real töhfə verməkdir. Birinci mərhələnin nəticələri göstərdi ki, ölkəmizdə bu sahədə böyük maraq və güclü ideya bazası mövcuddur.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri