Icma.az
close
up
RU
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı

Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bolt Azərbaycan və SUP VC əməkdaşlığı ilə həyata keçirilən “Bolt Accelerator” proqramının final mərhələsi olan Demo Day – Final Təqdimat Günü uğurla keçirilib. Radisson Hotel Baku-da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrlə yaxından tanış olublar. Demo Day iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.
Ramil Məhərrəmov, Bolt Azərbaycan Əməliyyatlar meneceri:
“Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. Demo Day göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür.”
Tədbirin gedişi
Demo Day proqramı qeydiyyat və şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca Bolt və SUP VC nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.
Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, EdTech ( təhsili texnologiya vasitəsilə daha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan  sonra münsiflər heyəti məsləhətləşmə apararaq qalibləri müəyyən edib.
Münsiflər heyətinə Bolt-un Əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Əməliyyatlar üzrə Baş meneceri Fərid Əbdulzadə, BMU Texnopark direktoru, Vüsal Süleymanlı və “Qafqaz Ventures” şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.
Qaliblər və layihələr
Bu il Azərbaycanda keçirilən Bolt Accelerator proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib. Qalib layihələr aşağıdakılardır:
●    1-ci yer – Abdulla Bəşiroğlu / “Stride” lahiyyəsi - 10.000 AZN 
-    Fərdi müəllimlər üçün dərs, ödəniş və ünsiyyəti vahid platformada idarə edən ağıllı sistem
●    2-ci yer – Gülnar Kazımzadə / “Çöldəki Dayəm” - 7000 AZN
-    Uşaqlar üçün təhlükəsiz taksi xidməti
●    3-cü yerlər - 4500 AZN:
-    Mirhüseyn Cavadzadə / “YEDDİ” – kafe və restoranlarda gün sonu yeməklərə endirim platforması
-    Şirin Allahyarov / “Yelləncəklər” – uşaq parklarını ağıllı və təhlükəsiz oyun məkanlarına çevirən həll
-    Etibar Əliyev / “SƏS” – asılılıqla mübarizəyə yönəlmiş sosial dəstək platforması
●    4-cü yerlər - 3000 AZN:
-    Vəfa Əsgərova / “Lady Drive” – qadınlar üçün taksi xidməti
-    Vaqif Hüseynov / “CityCars” – avtomobil parklarını müştərilərlə birləşdirən platforma
SUP VC-nin İcraçı Direktoru Rəşad Eyvazov bildirib:
“Bolt Accelerator Demo Day Azərbaycanda güclü ideyalar və böyük potensialın mövcud olduğunu bir daha göstərdi. SUP VC olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkə ilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfə veririk. Bolt ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır.”
1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd edib:
“Bolt Accelerator proqramı mənim üçün ideyanı real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı. Aldığımız mentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir.”
Proqram haqqında
Bolt Accelerator, Bolt-un qlobal Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri