Icma.az
close
up
RU
Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı FOTO

Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bolt və SUP VC şirkətləri arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici proqram – “Bolt Accelerator”a start verilib.
Avtosfer.az xəbər verir ki, müqavilə Bolt şirkətinin Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov və SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov tərəfindən imzalanıb. Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Taleh Kərimli iştirak edib.
Proqram, eyni zamanda, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir və bu təşəbbüs tərəflər arasında inkişaf, innovasiya və iqtisadi gücləndirmə sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentor şəbəkəsinin qurulması, Bolt isə iştirakçıların seçimi, təlimlərin təşkili və maliyyə dəstəyi daxil olmaqla təşəbbüsün icrasına töhfə verir.
Proqram haqqında qısa məlumat
Son müraciət tarixi: 15 avqust 2025
İştirakçı sayı: 120 nəfər seçiləcək
Qeyd edək ki, seçilmiş iştirakçılar 8 həftə ərzində onlayn təlimlərdə iştirak edəcək və imtahanda uğur göstərən 20 iştirakçı növbəti mərhələdə 4 həftə ərzində onlayn mentorluq və əyani təlimlərdə iştirak edəcəklər.   
Əsas mərhələdə:
Praktik təlimlər (şirkət qurmaq, maliyyə, marketinq, müştəri cəlbi)
Fərdi mentorluq dəstəyi
Finalda 7 qalib seçiləcək:
1 nəfər – 10,000 AZN
1 nəfər – 7,000 AZN
3 nəfər – 4,500 AZN
2 nəfər – 3,000 AZN
Ümumi mükafat fondu: 36,500 AZN
Qaliblər daha sonra 6 həftəlik intensiv inkişaf mərhələsində iştirak edəcək və ideyalarını real müştərilərə çatdırmaq imkanı əldə edəcəklər.
Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.
Bolt Accelerator haqqında
Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.
Müraciət və ətraflı məlumat: https://boltakselerator.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri