“Bolt” adlı robotdan unikal rekord Saniyədə 10 metr...
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bolt” adlı çinli insanabənzər robot qaçış zolağında saniyədə 10 metrə qədər sürətlənərək, dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə robotu hazırlayan Çjetszyan Universitetinin Hançjou Beynəlxalq Elm və Texnologiya İnnovasiya Mərkəzi məlumat yayıb.
Sürətlənmə zamanı android robot təhlükəsizlik kabelləri, həmçinin, xüsusi çərçivə ilə mühafizə olunub.
Qaçış robotunun hazırlanmasında “MirrorMe Technology” və “Kaierda Robot” robot şirkətləri iştirak ediblər.
Robot 2009-cu ildə 100 metr məsafəyə qaçışda 9,58 saniyəlik nəticə ilə dünya rekordu vuran Yamaykalı qaçış ustası Useyn Boltun şərəfinə “Bolt” adlandırılıb.
Qeyd edək ki, laboratoriya şəraitindən kənarda insanabənzər robotun 100 metrlik rekordu Pekin Humanoid Robot İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış “Tiangong Ultra” android robotuna məxsusdur. O, 2025-ci ilin avqust ayında keçirilən Dünya Humanoid Robot Oyunlarında 100 metrlik məsafəni 21,50 saniyəyə qət edib.
Bu mövzuda digər xəbərlər:10 saniyədə ən dadlı qarpızı tapmağın üsulu
14 İyun 2026 22:17
İranın yeni silah iddiası Saniyədə 100 metr sürətli raket
12 Mart 2026 19:28
Mənfi düşüncələrdən necə qurtulaq? Sirri açıqlandı: 10 saniyədə…
20 Dekabr 2024 14:12
Diqqətinizi sınayın: şəkildəki 3 fərqi 10 saniyədə tapın
02 Mart 2026 18:50
Qallaherdən iki rekord 28 ci saniyədə
13 Mart 2025 01:24
Baxış sayı:120
Bu xəbər 05 Fevral 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















