Bonn görüşlərində Azərbaycan imzası: Dalana dirənən müzakirələr necə həll olundu?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baku TV-nin "COP BAKU" verilişinin növbəti buraxılışında Almaniyada keçirilən Bonn görüşlərində faktiki COP sədri olan Azərbaycanın rolundan və iqlim dəyişikliyi ilə mübarizədə əldə olunan nailiyyətlərdən bəhs olunub.
Bildirilib ki, iyunun 16-da Almaniyanın Bonn şəhərində 198 ölkə, təşkilat, icma və qrupu birləşdirən sözügedən görüşlərin əsas məqsədi 2050-ci ilədək Yer kürəsində temperaturun artım sürətini 1.5 dərəcədə saxlamaq üçün iqlim maliyyəsini növbəti mərhələdə 1.3 trilyon dollara çatdırmaqdır.
Qeyd olunub ki, COP30-a ev sahibliyi edəcək Braziliya müzakirələrin gündəliyinin qəbulu ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə bağlı Azərbaycana yardım üçün müraciət edib. Azərbaycan nümayəndə heyətinin bütün tərəflərlə intensiv danışıqlarından sonra gündəliyin qəbul edilməsinə nail olunub.
Vurğulanıb ki, bütün önəmli müzakirələrin mərkəzində yer alan COP29 sədri Azərbaycan Bonn görüşlərində təkcə danışıqlar aparmayıb, eyni zamanda müxtəlif təşəbbüslərlə problemlərin həllində birbaşa iştirak edib. Bonn görüşləri zamanı əldə olunan nəticələr COP30 üçün önəmli yol xəritəsi kimi qiymətləndirilib.
Bonn görüşlərində Azərbaycan imzası: Dalana dirənən müzakirələr necə həll olundu?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















