Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Dalana dirənən sülh planı: sərt bölünmələr başlayır

Dalana dirənən sülh planı: sərt bölünmələr başlayır

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı irəli sürdüyü sülh planı artıq faktiki olaraq dalana dirənmiş vəziyyətdədir. Putinin son günlərdə Ukraynada sülh müqaviləsi haqqında səsləndirdiyi bəyanatlar da göstərir ki, nə Kreml, nə Kiyev, nə də Avropa Trampın təqdim etdiyi çərçivədə kompromisə hazır deyil. Bu isə müharibənin yeni mərhələyə keçməsi və geosiyasi xəritədə daha sərt bölünmələrin yaranması deməkdir.

Moskvanın mövqeyi: Sülh planı yoxdur, sadəcə müzakirə…

Putin açıq şəkildə bəyan edib ki, Kremlin Ukrayna üçün ayrıca “sülh müqaviləsi layihəsi” olmayıb. Sadəcə olaraq Rusiya tərəfinin müzakirəyə çıxarmaq istədiyi bir sıra bəndlər mövcuddur. O bildirib ki, gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə keçiriləcək görüşdə məhz bu məqamlar ətrafında danışıqlar aparılacaq.

Bir sözlə, Rusiya Prezidenti Putinin noyabrın 27-də verdiyi bəyanatlar Kremlin sülhdə deyil, sülh danışıqları adı altında manipulyasiya etməklə vaxt uzatmaqda maraqlı olduğunu göstərir. Daha konkret ifadə etsək, vaxt qazanmaqla böyük itkilər hesabına olsa da, Ukraynanın daha bir ərazisini zəbt etmək, həm də şərtlərini zamanla qarşı tərəfə qəbul etdirməkdir niyyətindədir.

Moskvanın mövqeyinin əsas konturları belədir:

- Krım və Donbas üzərində Rusiyanın suverenliyinin tanınması

Bu məsələ ABŞ-la danışıqlarda Kreml üçün “qırmızı xətt” statusunda qalır. Rusiya Kiyevin deyil, beynəlxalq ictimaiyyətin bu ərazilər üzərində Rusiyanın hakimiyyətini tanımasını tələb edir.

- Döyüşlərin yalnız Ukrayna Silahlı Qüvvələrinin mövqelərini tərk etməsindən sonra dayandırılması

Bu şərt faktiki olaraq ultimatum xarakteri daşıyır və Ukraynanın hazırkı siyasi rəhbərliyinin qəbul edə biləcəyi çərçivədən kənardadır.

- Ukrayna rəhbərliyi ilə sənəd imzalamağın mümkünsüzlüyü

Putinə görə, Zelenski hakimiyyəti prezident seçkilərindən yayınmaq üçün strateji səhvə yol verib və belə bir hökumətlə hüquqi qüvvəyə malik razılaşma imzalamaq mənasızdır.

- Avropa ilə təhlükəsizlik sisteminin müzakirəsinə hazır olmaq

Rusiya bildirir ki, Avropaya hücum niyyətində deyil və qitədə yeni təhlükəsizlik arxitekturası barədə Qərblə geniş müzakirələrə açıqdır. Eyni zamanda Moskva Avropada rus aktivlərinin müsadirəsinə cavab tədbirləri paketini hazırlayır.

ABŞ-ın mövqeyi: Rusiyanın tələbləri nəzərə alınır, amma qəbul edilmir

Vaşinqton rəsmi səviyyədə Rusiyanın mövqelərini “müzakirə predmeti” kimi saxlayır. ABŞ-ın Ukrayna ilə bağlı bəndlər siyahısının gələcək razılaşmalar üçün əsas ola biləcəyi iddiası da bunu göstərir. Lakin konkret məsələlərdə, xüsusən ərazi bütövlüyü Trampın planını real siyasi mexanizmdən daha çox diplomatik niyyət bəyanatına çevirir.

Trampın planındakı bəzi məqamlar hazırkı reallıqda hətta “gülünc” görünür. Ən əsası isə plan nə Ukraynanın, nə Avropanın, nə də Rusiyanın strateji gözləntilərini qarşılaya bilir.

Trampın planının dalana dirənmə səbəbləri:

- Plan tərəfləri tam qane etmir. Yəni Ukrayna üçün ərazi bütövlüyü, Rusiya üçün Krım-Donbas məsələsi, Avropa üçün təhlükəsizlik zəmanətləri. 

- Siyasi iradə yoxdur: Zelenski Moskvanın şərtlərini qəbul edə bilməz, Putin isə geri addım atmayacağını bildirir. Bu tərəflər üçün siaysi ölümə bərabər qərardır.

- Geosiyasi güc balansı dəyişməyib: Qarşıdurma hələ heç bir tərəf üçün kritik məğlubiyyət səviyyəsinə çatmayıb.

- ABŞ və müttəfiqləri arasındakı siyasi fikir ayrılığı: Trampın planı nə demokratlar, nə də Avropadakı müttəfiqlər tərəfindən legitim siyasi sənəd kimi qəbul edilir.

Sülh prosesinin dalana dirənməsi müharibənin daha uzunmüddətli və daha sərt fazaya keçəcəyi anlamına gəlir. Bu isə bir neçə istiqamətdə ciddi nəticələr doğurur.

Ən böyük zərbə Ukraynaya dəyir. Bu, birmənalı faktdır. Ukrayna həm insan resursu, həm iqtisadiyyat, həm də ərazi baxımından davamlı şəkildə itkilər verir. Bu müharibə həm də “vəkalət müharibəsi”dir və Ukrayna kollektiv Qərbin strateji maraqları fonunda ön xəttə itələnib. Müharibənin uzanması Ukraynanın suverenlik perspektivlərini daha da zəiflədir.

Bu müharibədən Rusiya və Avropa da udmur, əksinə itirir. Hərçənd ki, Rusiya iqtisadi cəhətdən adaptasiya baxımından müəyyən irəliləyişlər əldə etsə də, sanksiyalar dərinləşir, hərbi xərclər artır, Avropa ilə münasibətlər geri dönməz şəkildə pozulur. Müharibənin uzanması və sülh şərtlərini qəbul etmədiyi təqdirdə sanksiyalar daha da sərtləşdirilərsə, bu nəticə etibarilə Rusiyanın iqtisadiyatının iflasına gətirib çıxara bilər.

Müharibənin uzanmasının Avropa üçün nəticələrinə gəldikdə deyə bilərik ki, bu, enerji resurslarının bahalaşması, iqtisadiyyatda böhranın dərinləşməsi, müdafiə xərclərinin rekord səviyyəyə yüksəlməsi, NATO daxilində fikir ayrılıqları, Rusiya ilə təhlükəsizlik böhranının davam etməsi əsas problemlərdir.

Kimlər üçün müharibənin uzanması sərfəlidir?

- ABŞ-ın müəyyən dairələri: Rusiya Avropadan ayrılır, NATO güclənir, Avropa daha çox Vaşinqtona bağlanır.
- Silah sənayesi: ABŞ və Avropanın hərbi-sənaye kompleksləri rekord sifarişlər alır.
- Çin: ABŞ–Rusiya–Avropa üçbucağındakı gərginlik Pekinin geosiyasi manevr imkanlarını genişləndirir və Rusiyanı daha çox asılı vəziyyətə salır.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Trampın sülh planı artıq aktuallığını itirib və real diplomatik mexanizmə çevrilmək imkanından məhrumdur. Moskvanın irəli sürdüyü şərtlər və Vaşinqtonun qeyri-müəyyən mövqeyi göstərir ki, müharibə yaxın müddətdə bitməyəcək.

Bu dalan yalnız Ukraynanın deyil, Avropanın da uzunmüddətli təhlükəsizlik böhranına sürükləndiyini göstərir. Rusiya ilə Qərb arasındakı danışıqların perspektivi isə hələlik çox zəif görünür. Müharibənin uzanması isə yeni reallıqlar və yeni böhranlarla müşayiət olunacaq.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri