Icma.az
close
up
RU
“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bookline başa çatdı. Amma bu, bir layihənin sonuna qoyulan nöqtədir, ideyanın yox! Necə ki, kitabı oxuyursan və sadəcə qapayırsan, lakin sənin üçün bitmir - ruhundakı, ağlındakı səyahəti davam edir. 

Bu platformada biz sadəcə söhbət etmədik - bəzən müəllifin düşüncəsində, bəzən də oxucunun susqunluğunda çaşıb qaldıq. Aqşin Yenisey ilə sözün sərt gücündən və ədəbiyyatın komfort zonası olmadığından danışanda, əslində kitabın oxucunu necə silkələməli olduğunu xatırladıq. 

Elçin Mirzəbəyli ilə söhbət kitabın yoxluğundan doğan səssiz boşluq haqqında idi. Oxumayan toplumun tədricən düşünmək qabiliyyətini itirməsi, cümlələrin sadələşməsi, fikirlərin isə kasadlaşması - bu, statistik göstərici deyil, gündəlik həyatın ruhunda bariz görünən həqiqətdir.

Şahbaz Xuduoğlu kitabın arxa səhnəsini açdı — bir ideyanın necə mətnə, mətnin necə kitaba çevrildiyini analiz etdi. Kitabın sadəcə yazılmadığını, həm də “yaşadıldığını” göstərdi. 

Qan Turalı ilə isə yazıçının zamanla münasibətindən danışdıq. Xatırlamış olduq ki, yazmaq təkcə ilham yox, uzun bir səbr, tənhalıq və özünlə mübarizənin prosesə çevrilən transformasiyasıdır.

Aysel Əlizadə isə müasir dövrün dilemmasını ortaya qoydu: sosial şəbəkələrin sürəti ilə ədəbiyyatın dərinliyi arasında qalan yazıçı... Oxucu artıq sürətli həyatı seçir, amma kitab hələ də dayanmağı, anı yaşamağı tələb edir.

Qulu Ağsəs ilə poeziya haqqında danışmaq, əslində az sözlə çox deməyin məsuliyyətini hiss etmək idi — bir misranın içində bütöv bir həyatın gizlənməsi kimi. Onun poeziyasında söz artıq yükdən azad olur, yalnız ən zəruri hissə qalır. Və elə buna görə də hər misra oxucunun içində ƏBƏDİ yaşayır - tələsmədən, sakitcə.

Və Seyran Səxavət — onunla söhbət yaddaşın, həyatın və ədəbiyyatın bir-birinə qarışdığı nöqtədə quruldu; sanki hər xatirə bir cümləyə, hər cümlə bir hekayəyə çevrilirdi. Onun danışığında zaman düz xətt kimi yox, qayıdıb dolaşan bir yol kimidir — hər dönüşdə insan öz keçmişinə bir az daha yaxınlaşır.

Bu görüşlərin ortaq nöqtəsi KİTAB idi. Yadımıza saldıq ki, kitab — təkcə oxunan bir mətn yox, insanın özünə qayıtdığı yurdudur. Hər podkast həmin o vacib sualı yenidən doğurdu: niyə oxuyuruq, ya da niyə oxumuruq? Cavablar fərqli səslənsə də, hamısı eyni həqiqətə çıxırdı — kitab insanı dəyişmir, onu özü ilə üz-üzə qoyur. Bəlkə də elə bundan qaçırıq…

Bu ideyanın arxasında təşkilati bir iradə dayanırdı. “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin donorluğu ilə, Alternativ Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirildi. 

Layihə bitdi. Amma əgər bu söhbətlərdən sonra kimsə bir səhifəni daha diqqətlə oxuyursa, bir cümlənin altını cızırsa, ya da sadəcə kitabı əlindən yerə qoymağa tələsmirsə — deməli, “Bookline” hələ də davam edir.

“Alternativ” İB

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri