Borcluların qiymətli kağızları ilə bağlı YENİ QAYDA
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin bugünkü iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsi birinci oxunuşda müzakirə olunub.
"Yeni Sabah" xəbər verir ki, üzakirələr zamanı çıxış edən deputat Əli Hüseynli bildirib ki, layihədə borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi ilə bağlı qanunvericiliyə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur.
Deputat xatırladıb ki, bir müddət əvvəl “İcra haqqında” qanuna ciddi dəyişikliklər edilib və son statistik göstəricilər bu sahədə müsbət dinamikanın olduğunu göstərir. pizza hut
Ə.Hüseynlinin sözlərinə görə, hazırda icra prosesində tələbin borclunun pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi tənzimlənsə də, qiymətli kağızlarla bağlı xüsusi icra mexanizmi mövcud deyildi. Bu boşluğu aradan qaldırmaq məqsədilə qanuna 46.1-ci – “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” maddəsinin əlavə olunması təklif edilir.
Yeni müddəaya əsasən, icra işi borclunun üzərində aşkar edilən, onun adına qeydiyyata alınmış sənədsiz və depozitdə saxlanılan qiymətli kağızlara yönəldilə biləcək.
Bununla əlaqədar “Qiymətli kağızlar bazarı haqqında” qanuna da müvafiq düzəliş təklif olunur.
Dəyişikliyə əsasən, belə hallarda icra məmurunun rəsmi sorğusu əsasında qiymətli kağızlar barədə lazımi məlumatların təqdim edilməsi hüquqi müstəvidə təmin olunacaq.
Baxış sayı:108
Bu xəbər 13 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















