Icma.az
close
up
RU
Borrel Okampo Karapetyan üçlüyü

Borrel Okampo Karapetyan üçlüyü

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Avropa siyasi atmosferi üçün böyük utancın izi ilə

Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bir çox vacib məqamlara toxundu. Onlardan biri də budur: “Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlirdi”.

Beləliklə, Prezident İlham Əliyev Avropa İttifaqının Xarici siyasət məsələləri üzrə komissarı Jozef Borrelin timsalında qurumun Azərbaycana əvvəlki yanaşmasının, yəni Brüssel-Bakı gərginliyinin səbəbini Aİ-nin institusional siyasətindən deyil, konkret vəzifəli şəxslərin fəaliyyətindən qaynaqlandığını bildirir. Yəqin buna görədir ki, Azərbaycan gərginliyin olduğu dönəmdə körpüləri yandırmaq kursu tutdu. Çox güman, ölkəmizin rəhbərliyi borrellərin istifadə müddətinin bitəcəyinə ümid bəslədi. Amma təkcə buna yox. Yəni Azərbaycan təkcə ümid bəsləmədi...

Əlbəttə, dövlətimiz hər zaman prinsipləri qoruyub. Aİ-nin əvvəlki dövrünün tənqidi fonunda dolayısı ilə münasibətlərin daha praqmatik və qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsinin vacibliyi mesajını verən Prezident İlham Əliyev Azərbaycanın uzun illərdir irəli sürdüyü mövqeni bir daha təkrarlayıb. Mövqe budur ki, bəzi Avropa siyasətçiləri Cənubi Qafqaz məsələlərinə obyektiv deyil, selektiv yanaşıblar və bu yanaşma mənfi nəticələr doğurub, münasibətlərin irəliləməsini əngəlləyib. Digər tərəfdən, selektiv yanaşmada Avropa siyasi industriyasının düşdüyü durum var və bu barədə sonda söz açacağıq.

Hələlik onu bildirək ki, Prezident İlham Əliyevin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Morena Okamponun adını çəkməsi beynəlxalq hüquq institutlarının qərəzsizliyi ilə bağlı müzakirələri ön plana çıxarır. Ölkəmizin lideri fikirləri ilə xarici təsisatların siyasi və maliyyə təsirlərindən uzaq fəaliyyət göstərməsinin zəruriliyini vurğulayır. Çünki Azərbaycan əleyhinə formalaşdırılan bəzi mövqelərin arxasında məhz siyasi və maliyyə maraqlarının dayandığı birmənalıdır.

Detallara gəldikdə, Luis Moreno Okamponun Jozep Borrellə münasibətləri ilə bağlı məsələ son aylarda geniş müzakirə olunur. Məlumdur ki, 2026-cı ildə yayılan və müxtəlif media orqanlarının istinad etdiyi videomateriallarda Okampo Aİ institutlarında əlaqələrindən danışır və söhbət zamanı Jozep Borrelin adını çəkir. Daha doğrusu, Okampo Borrelin öz komandasında və ya onunla əlaqəli şəxs kimi iştirak etdiyini ifadə edən fikirlər səsləndirir.

Yada salaq ki, Okampo 2023-cü ildə Qarabağla bağlı Azərbaycanı soyqırımında ittiham edən “hüquqi rəy” hazırlamışdı. İndi sübuta yetir ki, həmin rəy siyasi və maliyyə təsirlərindən irəli gəlib. Halbuki Azərbaycan tərəfi o vaxt da bunu bildirirdi. Mövcud trayektoriyadakı vacib məqam Okampoya pulun hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlməsidir. Aydındır ki, söhbət Samvel Karapetyandan gedir. O Karapetyandan ki, Rusiyada yaradılmış və əsasən daşınmaz əmlak, energetika və tikinti sahələrində fəaliyyət göstərən “Tashir” şirkətlər qrupunun təsisçisidir. O Karapetyan ki, Ermənistanda bu il iyunun 7-də keçirilmiş parlament seçkilərində “Güclü Ermənistan” blokuna rəhbərlik etdi və Baş nazir Nikol Paşinyan iqtidarını seçki yolu ilə devirməyə səy göstərdi. Karapetyanın ev dustaqlığının səbəbi də onun niyyətini ifadə edir. Belə ki, Samvel hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda, korrupsiya və maliyyə cinayətlərində təqsirli bilinir və cəza yerinin İrəvanda yaşadığı villadan həbsxanaya daşınması ehtimalı böyükdür.

Bəli, Karapetyan–Okampo–Borrel oxunun yaranması maraqlıdır. Deməli, Okamponun Qarabağla bağlı fəaliyyətini Karapetyan maliyyələşdirirdi, Avropada bu xətti müdafiə edən Borrel idi. Erməni avantürasının mövcudluğu isə Rusiyaya sərf edirdi. Deməli, Aİ-də mövzuya dair Moskva ilə konsensus kimi qiymətləndirilə bilən vəziyyət hökm sürüb və buradan 2025-ci ilin avqustunadək Azərbaycan-Ermənistan sülh prosesinin irəli getməməsinin səbəbini görmək mümkündür.

Əlbəttə, borrellər, okampolar və onları maliyyələşdirənlərin istəklərini fiaskoya uğradan Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin prinsipial məsələlərə adekvat yanaşma tərzi və qətiyyətidir. Bu qətiyyət nəticəsində Bakı-İrəvan sülh prosesinə kənar elementlərin daxil olmasının qarşısı inamla alındı. Əvvəldə haqqında söz açdığımız kimlərinsə dəyişməməsinə ümid bəsləməmək məhz budur. O zaman sonda açıqlayacağımızı bildirdiyimiz məqama keçid alaq.

Beləliklə, dövlətimizin başçısı IV Şuşa Qlobal Media Forumunda Qarabağ və sülh mövzusu ətrafında beynəlxalq hüquqi və informasiya kampaniyalarının siyasi və maliyyə maraqları seqmentini qabartmaqla, əslində, Avropa siyasi industriyası adına son dərəcə utanc və riyakar durumun təsvirini verdi. Elə bir durum ki, ondan nəticə çıxarmaq şərtdir. Nəzərə alaq ki, fundamental maraqları şəxsi mənafelərə qurban verənlərin “köhnə qitə”nin siyasi industriyasında təmsilçiliyinə yol verilməməsi nəinki zəruri və vacibdir, eyni zamanda, günün təxirəsalınmaz tələbidir. Tələbə həssas yanaşılmalıdır ki, Borrel olmaq eşqinə düşənlər olmasın.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri