Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Okampo və Borrelin gizli “Karapetyan əməliyyatı”...

Okampo və Borrelin gizli “Karapetyan əməliyyatı”...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni lobbisi Paşinyanı devirmək üçün korrupsionerləri səfərbər edib

Cənubi Qafqazda formalaşan sülh prosesi yaxın aylarda daha da dinamikləşə bilər. Gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri isə bu məsələdə “açar” kimi dəyərləndirilir  - belə ki, sülhün irəliləməsində və müqavilənin imzalanmasında maraqlı olduğunu bildirən hazırkı Ermənistan iqtidarı həm dövlətlərarası münasibətlərin normallaşması prosesinə, həm Konstitusiya dəyişikliyinə isti yanaşır. Baş nazir Nikol Paşinyan dəfələrlə bununla bağlı öz mövqeyini açıqlayıb - o, sülhü “real Ermənistan” dövlətinin formalaşmasında ən vacib şərt kimi irəli sürüb.

On illərdir ki, coğrafiyamızda konfrantasiyanın başa çatmaması, status-kvonun qorunması, işğal siyasətinin davam etməsi, eləcə də normal münasibətlərin yaranmaması üçün bütün səylərini səfərbər edən erməni lobbisi və onun əlaltıları isə yaranan bu situasiyadan narahatdırlar. Bölgədə sülhün yaranması onların Ermənistanın əli ilə Cənubi Qafqazı qarışdırmaq planlarıyla düz gəlmir.

Lobbi son illərdə açıq fərqlə uduzur...

Son illərdə lobbi bu prosesdə açıq şəkildə uduzur. Bakının ortaya qoyduğu qətiyyət sayəsində beynəlxalq aləm sülh prosesini dəstəkləyir, sülh nəticəsində ortaya çıxacaq yeni iqtisadi - ticari mənzərədə yer almağa çalışır. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) ilə bağlı razılığın əldə edilməsi, ATƏT-in Minsk Qrupunun ləğvini təmin edən sənədlərin imzalanması lobbinin işini daha da “çətinə” salıb. Lobbi və onların sifarişlərinin “icraediciləri” bölgədəki situasiyaya təsir göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Gah Azərbaycana qarşı xüsusi cinayətlərdə ittiham olunan və ədalət məhkəməsi qarşısında məsuliyətə cəlb edilmiş cinayətkarların “azadlığa çıxması” üçün səy göstərir, gah Qarabağı könüllü şəkildə tərk etmiş şəxslər üzərindən təblğat qurmağa çalışır, gah da artıq tarixə qovuşmuş “separatizm” mərəzini yenidən diriltmək cəhdləri nümayiş etdirirlər. Bütün hallarda isə “oxları daşa dəyir”. Hətta rəsmi İrəvan belə onların bu manipulyasiyasının qarşısında mövqe qoyur - Paşinyan dəfələrlə bildirib ki, artıq “Qarabağ hərəkatı” adlı bir mövhum yoxdur, Qarabağı öz xoşu ilə tərk edənlərə isə Ermənistan pasportu veriləcək. Cinayətkarlarla bağlı məsələyə gəldikdə isə, Ermənistanın mövqeyi burada da lobbinin mövqeyi ilə uzlaşmır.

Okampo yenə də xəyanətkar planın mərkəzindədir

Belə olan halda, erməni lobbisi və onların Avropadakı uzantıları yeni variantlar üzərində işləyirlər. Xüsusilə, qarşıdan gələn parlament seçkiləri üzərindən plan quranlar bölgədəki yeni konfiqurasiyaya təsir etmək, vəziyyəti dəyişmək üçün fərqli dairələrlə işbirliyinə də hazır olduqlarını bildirirlər. Fakt isə ortadadır - Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dələduzluq, korrupsiya və separatizmə dəstəyi ilə ad çıxarmış Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici, sensasion kadrlar yayılıb. Mediada yayılan bu kadrlardan aydın görünür ki, onlar korrupsiyada adları hallanan Avropa Parlamentinin (AP) keçmiş üzvlərini Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə müdaxiləyə cəlb ediblər. Məqsəd isə Baş nazir Nikol Paşinyanın qələbəsinə mane olmaqdır. İfşa kadrları təsdiq edir ki, Okampo, Avropa Parlamentinin keçmiş deputatı Cozef Borrel və digərləri Rusiyanın iştirakı ilə Ermənistanda hakimiyyətin dəyişdirilməsi, o cümlədən şəxsən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzindədirlər. Anti-Paşinyan şəbəkə onun məğlubiyyətinə nail olmaq üçün bütöv bir sistem də qurub. Həmin videodan bəzi məqamlara diqqət yetirək;

“Əgər belə işlərlə məşğul olan bir şirkətim olsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub...”, - Okampo deyir.

Həmsöhbət dəqiqləşdirir: “Borrel?”

Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə, Avropa siyasətini formalaşdıra bilərəm”.

Kampaniyanın maliyyə mənbələri sırasında Rusiyada yaşayan erməni oliqarxlar Samvel Karapetyan, hazırda həbsdə olan Ruben Vardanyan və digərləri var.

Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar. Kadrlar sübut edir ki, Aİ institutları erməni lobbisinin, Ermənistanın rusiyayönümlü müxalifətinin və birbaşa Rusiyanın xidmətindədir.

Korrupsioner Okampo pul üçün nələr etməz?

Okamponun “kimliyi” hər kəsə məlumdur. Adını “hüquqşünas” qoymuş, əslində isə ciddi maliyyə fırıldaqları, ofşor qalmaqalları və siyasi qərəzliliklə məşğul olan Okampo erməni lobbisinin “legioneri”, yəni pulla tutulmuş muzdlu “əsgəridir”. Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlər üçün  idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. 2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar Hollandiyadakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Jurnalist araşdırmaları təkzibolunmaz faktları üzə çıxarmaqla Okamponun qaranlıq fəaliyyətinə “işıq tutdu”. 2017-ci ildə “European Investigative Collaborations” (EIC) tərəfindən sızdırılan 40 mindən çox sənəd Okamponun gizli maliyyə fəaliyyətini ifşa edib.

Okamponun vəzifədən getdikdən sonra həyata keçirdiyi fəaliyyətlər də “peşəkar dələduzluq” kimi qiymətləndirilir. O, BCM tərəfindən hərbi cinayətlərdə şübhəli bilinən şəxslərlə əlaqəsi olan liviyalı milyarder Həsən Tatanaki ilə 3 milyon dollarlıq məsləhətçi müqaviləsi bağlayıb. İddialara görə, Okampo öz nüfuzundan və məhkəmə daxilindəki mənbələrindən istifadə edərək Tatanakini hüquqi təqibdən qorumağa söz verib. Ofşor qalmaqalları və şəxsi qazanc naminə beynəlxalq hüququ manipulyasiya etməsi onun bütün iddialarını legitimlikdən məhrum edir.

Paralel olaraq Okampo Azərbaycanda ədalət mühakiməsi qarşısında məsuliyyətə cəlb edilmiş cinayətkarlar Ruben Vardanyan və Araik Artyunyan ilə dost münasibətdədir. Adıçəkilən hər iki şəxs isə Kremlə yaxınlığı ilə seçilir. Bu mənada, Okamponun “Karapetyan əməliyyatında” nə üçün seçildiyi bəlli olur. 

“Köhnə diplomat” yeni işin başında...

O ki qaldı Aİ-nin köhnə ermənipərəsti Cozef Borrelə, o artıq “çalınmış havadır”. Başqa sözlə, onun bütün “kimliyi” ortadadır. 2023-cü ildə antiterror tədbirləri zamanı separatizmə dəstək vermək üçün dəridən-qabıqdan çıxan Borrelin əli “havada” qalmışdı və o, havadarlarının, yəni erməni lobbisinin harayına çata bilməmişdi. Bu gün yenidən “meydana” atılması isə həm yeni gəlir mənbələri əldə etmək, həm də artıq ona qarşı lobbinin itmiş inamını “bərpa etmək” istəyindən qaynaqlanır. Bəlli olduğu kimi, Avropa İttifaqının ermənipərəst maraqların təzyiqi ilə yaradılmış Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası İrəvana “doğru yol” alıb. Borrel isə Aİ-nin “köhnə” diplomatlarındadır və bu sferada tanınır. Okamponun erməni lobbisinin puluna Borreli də “şərik” etmək niyyəti də buradan qaynaqlanır. Məqsəd Borrel vasitəsilə İrəvana gedəcək insanları ələ almaq, orada tam əksinə, Rusiyanın namizədi sayılan Karapetyanın hakimiyyətə gəlməsinə kömək etmək, Paşinyanın məğlubiyyətini rəsmiləşdirməkdir. Borrel Aİ daxilində kifayət qədər korrupsiyaya bulaşmış bir şəxs kimi tanınır. O, illərdir Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrilib. Adı isə bir sıra korrupsiya qalmaqallarında siyahının başında yazılıb. Məsələn, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kayilinin həbsi zamanı sözügedən proseslərdə Borrelin də iştirakı haqda məlumatlar var idi. Eləcə də, avroparlamentarilərin “Russiagate” işi ilə bağlı araşdırılmasında da Borrel “əsas şəxslərdən biri” kimi ön planda olub. Bu baxımdan, onun yeni korrupsiya və xəyanət planında da birincilər sırasında olması təəccüblü görünmür.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri