“Borussiya” ilə oyuna doğru: nələrə diqqət etməli?
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III turunda Dortmund “Borussiya”sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
“Borussiya” Bundesliqada 6 turdan sonra 14 xalla ikinci sıradadır. Komandanın lider “Bavariya” ilə xalları eyni olsa da, vurulan qol sayında münhenlilər öndədir.
Dortmund təmsilçisi mövsümə uğurlu start verib. Ardıcıl qələbələr qazanan komanda 4-cü tura qədər birinci pilləni tutub. Lakin son görüşlərdəki xal itkiləri zirvədən düşməklə nəticələnib.
“Borussiya” Bundesliqada ardıcıl iki matçda xal itirib. Komanda əvvəlcə “Verder”lə 2:0 öndə olduğu matçda son dəqiqələrdə qollar buraxıb və 2:2 hesablı heç-heçə edib. Ötən turda isə Berlində “Yunion”la qolsuz “sülh”ə razılaşıb.
Komanda Çempionlar Liqasının II turunda isə Norveçdə “Bodo-Qlimt”ə uduzub.
“Borussiya” sürətli hücumları ilə seçilən komandalardandır. Hücumun mərkəzində Seru Girassi bitiriciliyi ilə fərqlənir. Digər forvard Fabio Silva isə sürətli keçidləri və güclü zərbələriylə diqqət çəkir.
Baş məşqçi Niko Kovaç 3-4-2-1 taktiki düzülüşünə üstünlük verir. Müdafiədə Niko Şotterbek, yarımmüdafiədə isə Ryerson ilə Nmeça hücuma aktiv qoşulanlardandır. Daniel Svenson və Cob Bellingem daha çox orta xətdə top paylamaqla məşğul olur.
Komandanın çempionatda bu mövsümkü bombardirləri Nmeça və Girassidir. Hər iki oyunçunun aktivində 2 qol var. Kovaçın bu gün hər iki oyunçuya start heyətində şans verəcəyi gözlənilir.
Ümumiyyətlə, xorvatiyalı mütəxəssis rotasiyalardan çox istifadə etmir. Əsas heyətini demək olar ki, hər matçda qoruyan Kovaç yarımmüdafiəçi Çukvumeka və hücumçu Fabio Silvadan ehtiyat qüvvə kimi istifadə edir.
“Borussiya”nın orta xəttində Marsel Sabitser və Joey Veerman kimi təcrübəli adlar da var.
Həm “Sabah”, həm almanlar açıq futbola üstünlük verir. Bu səbəbdən görüşün bolqollu keçəcəyi ehtimal edilir.
Hər iki komandanın turnirdə 3 xalı var. “Sabah” 22-ci, “Borussiya” isə 18-ci pillədədir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Oktyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















