Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil Qanun nə deyir? VİDEO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Soyad - insanın ümumi bir əcdaddan başlayaraq, müəyyən bir nəslə, soy-kökə və ya ailəyə mənsubluğunu göstərən, nəsildən-nəslə keçən irsi addır.
Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu boşandıqdan sonra soyadı saxlamaq hüququ ilə bağlıdır.
Boşandıqdan sonra soyadın dəyişdirilməsi məcburidir?
Qanunvericiliyə görə, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.
Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.
Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
Yəni tərəflərin boşanması zamanı şəxs qarşı tərəfdən soyadının dəyişdirilməsini tələb edə bilməz.
Baxış sayı:148
Bu xəbər 29 Avqust 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















