Icma.az
close
up
RU
“Boşanma baş vermədikdə də aliment ödəməli olacaqsınız” KONKRET

“Boşanma baş vermədikdə də aliment ödəməli olacaqsınız” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boşanma prosesinin aylarla, bəzən isə illərlə uzanması tərəflər arasında ən çox aliment məsələsində narahatlıq yaradır. Xüsusilə, azyaşlı uşağın saxlanılması ilə bağlı xərclərin artdığı bir vaxtda “məhkəmə yekun qərar verməyənə qədər aliment almaq mümkündürmü?” sualı aktuallaşır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, boşanma işi davam etdiyi müddətdə də müvəqqəti aliment təyin oluna bilər.

Onun sözlərinə görə, bunun üçün məhkəməyə ayrıca müraciət edilməlidir:

“İddia ilə birlikdə və ya əvvəlcədən alimentlə bağlı ərizə təqdim olunur. Bu, müvəqqəti təminat tədbiri kimi qiymətləndirilir. Məhkəmə həmin məsələ ilə bağlı qərar qəbul etdikdən sonra sənəd dərhal icraya yönləndirilə bilər. Bunun üçün ayrıca ərizə verilməsi vacibdir”.

Hüquqşünas qeyd edib ki, belə hallarda əsas məqsəd uşağın təminatının boşanma prosesinin uzanmasına görə gecikməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, məhkəmə yekun qərar çıxarana qədər valideyn övladının saxlanılması ilə bağlı məsuliyyətdən azad olunmur.

Ekspert əlavə edib ki, müvəqqəti aliment qərarı qüvvəyə mindikdən sonra icra prosesi başlanılır və alimentin ödənilməsi təmin edilir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 May 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri