Icma.az
close
up
RU
Valideynlərin DİQQƏTİNƏ: 55 min ödəməli olacaqsınız... SƏBƏB

Valideynlərin DİQQƏTİNƏ: 55 min ödəməli olacaqsınız... SƏBƏB

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Minlərlə valideyn övladının hansı məktəbdə təhsil alacağı ilə bağlı seçim edir.

Dövlət məktəbləri ilə yanaşı, son illər Azərbaycanda özəl məktəblərə maraq da artır. Lakin özəl məktəb seçərkən valideynləri düşündürən əsas məsələlərdən biri təhsil haqqıdır.

Bakıvaxtı.az  Azərbaycanda illik təhsil haqqı ən yüksək olan özəl məktəbləri müəyyənləşdirib.

Məlum olub ki, bəzi məktəblərdə bir şagirdin yalnız illik təhsil haqqı 20-25 min manat civarındadır. Beynəlxalq proqramlarla fəaliyyət göstərən bəzi məktəblərdə isə bu rəqəm daha da yüksəkdir.

1. TISA – 54 min manata qədər

Siyahının zirvəsində Azərbaycan Beynəlxalq Məktəbi – TISA dayanır.

Açıq mənbələrdə yayımlanan məlumatlara əsasən, məktəbdə təhsil haqqının manat ekvivalenti 54 900 manata qədər göstərilib.

Məktəbin özünün 2026/2027-ci tədris ili üzrə rəsmi tarifində isə 6-12-ci siniflər üçün illik təhsil haqqı 26 600 ABŞ dolları müəyyən edilib. Yeni şagirdlər üçün ilk ildə əlavə 6 000 dollar Development Fee də tutulur.

Yəni yalnız bu iki ödəniş birlikdə 32 600 dollar təşkil edə bilər.

2. Bakı Modern Təhsil Kompleksi – 25 000 manat

Bahalı özəl məktəblər siyahısında növbəti pillədə Bakı Modern Təhsil Kompleksi qərarlaşıb.

Burada illik təhsil haqqı sinifdən asılı olaraq dəyişir və 12 min manatdan başlayaraq 25 min manatadək yüksəlir.

Beləliklə, məktəbdə yuxarı qiymət həddinə görə təhsil alan bir şagird üçün illik xərc 25 min manata çata bilər.

3. Oxbridge Academy Baku – 24 820 manat

Beynəlxalq təhsil proqramları ilə seçilən Oxbridge Academy Baku da ən bahalı məktəblər sırasında yer alır.

Məktəbdə illik təhsil haqqı 15 640 manatdan 24 820 manatadək dəyişir. Ən yüksək məbləğ yuxarı siniflər üzrə müəyyənləşdirilib.

4. Azərbaycan Britaniya Kolleci – 22 000 manat

Azərbaycan Britaniya Kollecində illik təhsil haqqı 20-22 min manat aralığındadır.

Beləliklə, burada da bir şagirdin məktəb təhsilinə görə illik ödənişi 22 min manata qədər yüksələ bilir.

5. Bakı Oxford Məktəbi – 20 500 manat

Adından da göründüyü kimi, beynəlxalq təhsil modelinə yönələn Bakı Oxford Məktəbində illik ödənişlər sinifdən asılı olaraq dəyişir.

Açıq məlumatlara görə, təhsil haqqı 17 000-20 500 manat arasında dəyişir.

6. Müasir Təhsil Kompleksi – 19 000 manat

Müasir Təhsil Kompleksində də qiymətlər məktəbin pilləsinə görə dəyişir.

Burada illik təhsil haqqı 14 800 manatdan başlayaraq 19 min manatadək yüksəlir.

7. Dünya Məktəbi – 17 500 manat

Azərbaycanın tanınmış özəl təhsil müəssisələrindən biri olan Dünya Məktəbində illik təhsil haqqı ibtidai siniflərdə 11-13,5 min manat, orta siniflərdə isə 11,5-17,5 min manat təşkil edir.

Bu göstərici məktəbi ölkənin ən bahalı özəl təhsil müəssisələri sırasında saxlayır.

8. Avropa Azərbaycan Məktəbi – 16 150 manat

Avropa Azərbaycan Məktəbində qiymətlər təhsil pilləsindən asılı olaraq dəyişir.

İbtidai siniflər üçün illik təhsil haqqı 11 250 manat, orta siniflər üçün 13 250 manat, tam orta təhsil üzrə isə 16 150 manatdır.

9. SABIS SUN International School – 15 900 manat

Beynəlxalq proqramla fəaliyyət göstərən SABIS SUN International School-da illik təhsil haqqı 14 400-15 900 manat arasında dəyişir.

Məktəbin ən yüksək illik tarifi 15 900 manatdır.

10. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – 14 500 manat

Siyahının onuncu pilləsində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi qərarlaşıb.

Məktəbdə orta siniflər üzrə illik təhsil haqqı 12 000-14 500 manat aralığındadır.

Bir uşağın məktəb xərci bununla bitmir

Araşdırmada diqqət çəkən əsas məqamlardan biri də odur ki, göstərilən rəqəmlər bir çox halda yalnız illik təhsil haqqını əhatə edir.

Valideynlər əlavə olaraq məktəbli forması, yemək, nəqliyyat, dərsdənkənar məşğələlər, bəzi beynəlxalq imtahanlar və digər xidmətlərə görə ayrıca ödəniş etməli ola bilərlər.

Məsələn, TISA-nın rəsmi məlumatında bəzi əlavə xidmət və fəaliyyətlərin ayrıca ödənişlə həyata keçirildiyi də görünür. Məktəbin musiqi akademiyasında fərdi dərsin qiyməti 30 manat, qeydiyyat isə hər şagird üçün hər trimestrə 60 manatdır.

Dövlət məktəbi ilə fərq nə qədərdir?

Beləliklə, yeni tədris ili ərəfəsində Azərbaycanda təhsil bazarının iki fərqli mənzərəsi ortaya çıxır: dövlət məktəblərində təhsil haqqı tələb olunmadığı halda, özəl məktəblərdə bir şagird üçün illik ödəniş minlərlə, bəzi hallarda isə on minlərlə manat təşkil edir.

Ən yüksək qiymətlər isə beynəlxalq proqramlar, xarici dil mühiti, beynəlxalq akkreditasiya və əlavə təhsil imkanları təklif edən məktəblərdə formalaşır.

Qeyd: Reytinq məktəblərin açıq mənbələrdə yayımlanan maksimum illik təhsil haqları əsasında hazırlanıb. Məbləğlər sinifə, təhsil proqramına və əlavə xidmətlərə görə dəyişə bilər. TISA üzrə isə məktəbin 2026/2027-ci tədris ili üçün rəsmi dollar tarifləri ayrıca nəzərə alınıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri