Icma.az
close
up
RU
Zamin durmaq istəyənlərin nəzərinə: Bu halda krediti siz ödəməli olacaqsınız KONKRET

Zamin durmaq istəyənlərin nəzərinə: Bu halda krediti siz ödəməli olacaqsınız KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zaminlik faktiki olaraq borc öhdəliyi sayılır. Zamin duran şəxs bu müqaviləni imzalayarkən həmin borcu özü ödəməyi öhdəsinə götürür. Bank və ya digər maliyyə qurumları üçün zamin də borclu kimi qiymətləndirilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov səsləndirib:

“Bu səbəbdən ölkədə Kredit Bürosu fəaliyyət göstərir. Bir bankdan kredit almaq istədikdə, bank vətəndaşın razılığı əsasında Kredit Bürosuna sorğu göndərir və onun tarixçəsini araşdırır. Həmin tarixçə son 10 ili əhatə edir. Eyni proses zaminlər üçün də keçərlidir. Bank, zamin durmaq istəyən şəxsin də razılığını alaraq onun kredit tarixçəsini yoxlayır. Yalnız kredit tarixçəsi qənaətbəxş olduqda banka zamin kimi qəbul edilir”.

Ekspert bildirir ki, zaminlik də kredit tarixçəsində öz əksini tapır.

“Məsələn, başqa bir banka kredit almaq üçün müraciət etdikdə əvvəlki zaminliyiniz görünür. Yəni vətəndaş daha öncə başqa bir kredit üçün zamin olubsa, bu məlumat yeni bankın sorğusu zamanı görünəcək. Həmin zaminlik öhdəliyinin müddəti də orada qeyd edilir.

Banklar bu məlumatlara əsaslanaraq riskləri qiymətləndirir. Zaminlik faktı avtomatik olaraq məhdudiyyət yaratmır. Lakin bank riskli hesab etdiyi hallarda kredit verməkdən imtina edə bilər. Beləliklə, zaminlik də maliyyə məsuliyyəti daşıyan ciddi bir öhdəlikdir və kredit tarixçəsinə birbaşa təsir göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri