Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Boşanmadan da əmlakı bölə bilərsiniz

Boşanmadan da əmlakı bölə bilərsiniz

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnsanlar birgəyaşayış mexanizmini rəsmiyyətə çevirmək qərarına gələrək ailə institutunun əsas təməlini formalaşdıraraq evlənirlər”. 

Bu sözləri Azad Vətən Partiyası (AzVP) sədrinin hüquqi məsələləri üzrə müşaviri Tacəddin Əyyubov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, cütlüklər evlənərək məsuliyyət anlayışlarını qanuni çərçivəyə yerləşdirirlər: 

“Kişi və qadın ailə qurduqdan sonra qarşılıqlı öhdəlikləri qəbul edərək evlilik müəssisəsini formalaşdırır. Lakin bəzən yaşanan anlaşılmazlıqlar ailənin davamlılığını mümkünsüz etdiyi üçün boşanmalar artır. Nəticədə, ailə dağılır, arzuolunmayan və cəmiyyətin təməlini sarsıdan boşanma reallaşır. Boşanma zamanı ilk mübahisə predmetlərindən olan əmlak mübahisələri yaranır. Əmlak mübahisələri isə qüvvədə olan Mülki və Ailə Məcəlləsinin tələblərinə uyğun öz həllini tapmalıdır. Mülki və Ailə Məcəlləsində əks olunduğu kimi, ərlə-arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir”. 

Onun sözlərinə görə, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasında olan razılaşmada başqa qayda nəzərdə tutulması isə istisna haldır: 

“Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş, yaxud onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, kişiyə babasından vərəsəlik qaydasında verilmiş mənzil, yaxud qadına toy hədiyyəsi kimi verilmiş zinət əşyaları onların öz mülkiyyəti hesab olunduğundan birgə mülkiyyət sayılmır. Fərdi istifadə olunan əşyalar - paltar, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilmiş olsa belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab olunur. 

Boşanma zamanı ər və arvadın əmlakının bölünməsi vaxtı uşaq varsa, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Ümumi əmlakın bölünməsi istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra qarşılıqlı razılaşma ilə, razılaşma olmadıqda məhkəmə qaydasında həyata keçirilir.

Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər və ya arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları da nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər”. 

Tacəddin Əyyubov diqqətə çatdırıb ki, ər və arvad arasında boşanmadan sonra yaranan mübahisələrin önəmli qismi daşınmaz əmlakın bölgüsü ilə bağlı olur: 

“Ev və torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəsini pul şəklində əldə edə bilər. Əgər qadın nikaha daxil olduqdan sonra ərin və ya ailə üzvlərinin birinin evinə qeydiyyata düşübsə, nikaha xitam verildikdən sonra arvadın həmin evdə yaşamaq hüququ var. 

Daşınmaz əmlakın mülkiyyətçisi şəxsi öz mənzilindən qeydiyyatdan çıxarmaq üçün ilk növbədə məhkəmə qaydasında qeydiyyatdan çıxarmaq istədiyi şəxsə real miqdarda kompensasiya ödəməklə onun istifadə hüququna xitam verməli, daha sonra ümumi qaydada onun qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Tutaq ki, ər və ya arvad birgə nikahda olan zaman bankdan kredit götürüb. Boşanandan sonra krediti götürən tərəf sübut etsə ki, həmin məbləğ birgə təsərrüfat aparılan zaman ailənin saxlanılmasına sərf edilib, o zaman qarşı tərəfdən həmin kreditin müəyyən hissəsini ödəməyi tələb edə bilər”. 

Ekspert qeyd edib ki, boşanmadan da əmlak bölgüsü mümkündür: 

“Əmlak bölgüsünün aparılması boşanma olmadan da mümkündür. Yaşadığımız müasir dövrdə nikaha daxil olan cütlüklərlərdən bir çoxu müqavilə bağlayırlar. 

Gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasında bu müqavilə çox doğru vasitədir. Nikah müqaviləsi ər və arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir- birinin qarşılıqlı saxlanılması, bir -birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər”. 

Elmir
​​​​​​"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri