Icma.az
close
up
RU
MHP lideri bu dəfə Papaya qəzəbləndi: Gizli təbliğata və gizli mesajlara səssiz bilmərik

MHP lideri bu dəfə Papaya qəzəbləndi: Gizli təbliğata və gizli mesajlara səssiz bilmərik

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Gizli təbliğata və gizli mesajlara səssiz bilmərik".

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Papanın Bursanın İznikə səfərinə münasibətdə deyib.

O, Papanın 1700 il sonra "tarixi şüuru" niyə canlandırmaq istəməsinin, əslində, məqsədinin aydın olduğunu deyib: 

"Papa XIV Leo Vatikanın prezidenti və Katolik dünyasının mənəvi lideridir. Onun ölkəmizə səfəri Prezidentimizin dəvəti ilə həyata keçirilib. Bu səfərlə bağlı deyəcək bir sözümüz yoxdur. Görüşlərdə Türkiyə-Vatikan dialoqu, eləcə də mövcud regional və qlobal inkişaflar, xüsusən də Fələstin müzakirə olunub. Papanın Prezident Kompleksində "Türkiyənin tarixi və coğrafi mövqeyi sülhün bərqərar olmasında mərkəzi rol oynayır" ifadəsi olduqca əhəmiyyətlidir. Tənqid nöqtəmiz isə Papanın Vatikan prezidenti kimi təmasları deyil, Katolik dünyasının mənəvi lideri kimi həyata keçirdiyi dini və tarixi rituallarla millətimizə qarşı təqibidir ki, bu da mahiyyət etibarilə şou xarakterlidir. 

İznikdəki Neofitos Bazilikasından tutmuş İstanbulun Maçka şəhərindəki Volksvagen arenasına qədər, həm fundamental, həm də prosedur baxımından mərasimlər boyunca aparılan gizli təbliğata və qapalı dövrələr vasitəsilə işlənən mesajların məzmununa etiraz edirik. 1700 il əvvəl bu torpaqlarda ilk paytaxtımız olan Nikeya şəhərində dini  ayinə nə hacət vardı ki? Biz bu məkrli bir hərəkətə qarşı səssiz və seyrçi qala bilmərik. İslam dünyası arasında nifaq salan, müsəlmanları müsəlmanlara qarşı qoyan və onu xristianlığı birləşdirmək və bu dini, xüsusən də Asiyada yaymaq səyləri üçün bir başlanğıc meydançası kimi görənlərin Nikeyadan bir vasitə kimi istifadə etməsi, inancımıza və inancımızın ləyaqətinə hörmətsizlikdir.

Biz böyük bir dövlətik, şanlı və hörmətli bir millətik. Sadə qorxulara aludə olmuruq. Hadisələrə mürəkkəbliklə baxmırıq. Lakin əsrlər boyu yazılmış ssenariləri və oynanılan oyunları görməzdən gələ bilmərik. 1700 illik bir hekayənin qaranlıq səhifələrini yenidən açmağın, zehnləri çaşdırmağın, bulanıq sularda balıq tutmağın və Tanrı yanında son din olan İslamın üzərinə qara buludlar salmağın nə sonu, nə də nəticəsi olacaq. Biz hər kəsin din və vicdan azadlığına hörmətlə yanaşırıq. Aydındır ki, biz heç kimi din və ya inancına görə alçaltmırıq. Amma müsəlman məhəlləsində ilbiz satmağın mənası yoxdur".

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see489

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see183

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri