Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Boşanmaların sayının artmasında səbəblərdən biri: Cehiz PROBLEMİ KONKRET

Boşanmaların sayının artmasında səbəblərdən biri: Cehiz PROBLEMİ KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Ağdaşın Ləki kəndində baş verən və sonu intiharla nəticələnən “cehiz ” əhvalatı medianın və sosial platformaların gündəmini zəbt edib. Kənd sakini, 23 yaşlı Qiyas İsmayılzadə yaşadığı evdə özünü asıb. Bir neçə gün sonra toyu olacaq gəncin intiharına səbəb kimi anasının gəlinin gətirdiyi cehizi bəyənməməsi və bu üzdən ailələr arasında yaranan narazılıq göstərilir. Nəticədə gənc həyatına qəsd etməklə valideynlərinə etiraz edib. Qiyasın ölüm xəbərini eşidən qız da ağır psixoloji sarsıntı keçirib…

İndi ictimaiyyət “təəssüf ki, hələ də xoşbəxtliyi bahalı cehizdə, zinət əşyalarında görən ailələr çoxdur”, – deyərək, gənclərin həyatına valideynlərin bu cür müdaxiləsini lənətləyir.

KONKRET.az bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Cəmiyyəti hərəkətə gətirməli olan bir hadisə

“Bu, əslində SOS siqnalı çalınacaq və cəmiyyəti hərəkətə gətirməli olan bir hadisədir. Təəssüf ki, bu cür halların sayının artdığını görürük”, – deyə millət vəkili Ceyhun Məmmədov hadisəyə münasibət bildirir: “Valideyn üçün övladının sağlamlığı, həyatda olması cehiz məsələsindən daha önəmlidir. Təəssüf ki, bu gün valideynlərimiz də bir sıra hallarda öz missiyalarını yerinə yetirmirlər. Boşanmaları təhlil edəndə də görürük ki, əsas səbəb valideynlərin gənc ailələrə həddən artıq müdaxilə etməsidir”. Millət vəkili bu gün cəmiyyətdə deqradasiyanın sürətlə artmasından, güclü mənəvi aşınmadan, dəyərlərin transformasiyasından da narahatlığını bildirir: “Bu cür hadisələr də dəyərlərin, ənənələrin zəifləməsi nəticəsində baş verir. Təəssüf ki, getdikcə daha çox istehlakçı, maddi cəmiyyət oluruq. Təbii ki, burada təhsilin, dünyagörüşün, intellektual səviyyənin də rolu var. Əslində telekanallar verilişlərdə kimlərinsə boşanmasını, parlaq həyatlarını yox, bu tip məsələləri qabartmalıdırlar. Valideynlərə tövsiyə olunmalıdır ki, övladları ilə diqqətlə rəftar etsinlər, öz davranışları ilə onları intihara, yanlış yola sövq etməsinlər. Çünki sonrakı peşmançılıq heç bir fayda verməyəcək. Valideynlərlə, gənclərlə davamlı maarifləndirmə işi aparılmalıdır. Əgər bunu etməsək, gələcəkdə belə halların sayı daha da artacaq!”

“Süni intellektdən danışa-danışa süni cəhalətə gedirik”

Ədəbiyyatşünas alim, professor Rüstəm Kamal bütün dünya xalqlarında cehiz vermək ənənəsinin olduğunu bildirir: “Cehiz xoşbəxtliyin simvoludur və gənc ailəyə kömək kimi nəzərdə tutulur. Hətta Amazon, Afrika meşələrində yaşayan qəbilələrdə də cehiz vermək ənənəsi var. Amma bu, “Qaynana” filmindəki kimi “maşın-maşın cehiz” miqyasında da, bir qol saatı da ola bilər. Cehiz ata evi ilə qızın bağlılığının simvoludur. Bu ritualın üzərindən də gənc ailələrə basqılar edilir. Baş verən faciədə olduğu kimi, – bu ailələrin, valideynlərin cahilliyi üzündən iki gəncin sevgisi nakam oldu”. Professor hesab edir ki, toy və yas adət-ənənələrinə dövlət səviyyəsində nizam gətirilməlidir:

“Qonşu ölkələrdə bu sahədə mütərəqqi nə varsa tətbiq olunmalı, maarifləndirici işlər aparılmalıdır. Sosial şəbəkələrdə hansısa müğənninin qazancı, istirahəti təbliğ olunursa, dolayısı ilə bu məsələlərə təsir etmiş olur, bu sahədə cəhaləti bir az da dərinləşdirir, ölkəmizin ailə institutu dağıdılır. Telekanallarda qayınana-gəlin davaları təbliğ olunur. Rayon yerlərində bu tip verilişlərə baxırlar. Mental dəyərlərimiz təhlükə altına düşür. Ailə problemləri üzərində reytinq qazanmağa son qoyulmalıdır, cəmiyyətə pozitiv örnək olan nümunələr tapılmalıdır”. R.Kamalın fikrincə, sadə yolla xoşbəxt olan örnək ailələr təbliğ olunmalı, alimlər, yazıçılar, ziyalılar sözlərini deməlidirlər. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti gücləndirilməlidir: “Bu cür faciələrin bir səbəbi də cəmiyyətdəki mənəviyyat problemləridir. Məktəblər cəmiyyətdən təcrid olunub. Ağsaqqallar institutu məhv olub. İki Vətən müharibəsi görmüş xalqın düşüncəsində onsuz da hüzur yoxdur. Onlar da bu cür verilişlərlə xalqa “dron” atırlar. Təəssüf ki, süni intellektdən danışa-danışa süni cəhalətə gedirik!”

“Valideynlərin maarifləndirilməsinə ehtiyac var”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, Elmi-Psixoloji Mərkəzin psixoloqu Nigar Məmmədova da hesab edir ki, oğlan evi tərəfindən qızılların, qız evi tərəfindən cehizin verilməsi gənclərə kömək məqsədi daşıyır. Amma buna var-dövlət və ya kiməsə göstərmək məqsədi ilə yanaşanlar da var: “Biz bu yanaşmanı şəhərə, kəndə bölə bilmərik. Bu, insanların xislətindədir. Rayon yerində camaat gəlib gəlinin cehizinə baxır. Amma anlamırlar ki, nə gətiribsə, ailənin istifadəsi üçündür. Talelər cehiz üzərində qurulmamalıdır. Gənclər var, baş-başa verərək gedib xaricdə yaşayır, müəyyən zamana qədər “birdəfəlik” qablardan istifadə edirlər. Amma ailə tanıyıram ki, uşaqları altıncı sinifdə oxuyur, hələ də evdə cehiz söhbəti gedir. Cehiz üzərində qurulan ailənin sonu yoxdur”. Psixoloq ailələrdə valideynlərin müdaxiləsinin böyük problemlərə səbəb olduğunu deyir: “Bizdə övlad 50 yaşına çatır, yenə valideyn ailəsinə müdaxilə edir. Təəssüf ki, valideynlər elə bilirlər ki, müdaxilə həmişə olmalıdır. Bu, boşanmaların sayının artmasında da özünü göstərir. Ailələr dağılmasın, sevgilər nakam qalmasın deyə, çox istərdim ki, məktəblərdə psixologiya dərsləri keçirilsin. 23 yaşlı oğlan öz sevgisini müdafiə edə bilmirsə, bunun günahını cehizdə görməyək. Uşaq da sözünü deməyi bacarmalıdır. Eyni zamanda, valideynlərin maarifləndirilməsi çox vacibdir. Valideyn iclaslarında psixoloqlar danışmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Avqust 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri