Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Xəyanətlərin və boşanmaların sayının artmasının səbəbləri nədir

Xəyanətlərin və boşanmaların sayının artmasının səbəbləri nədir

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir.

Xəyanət və boşanmalar ifrat həddinə çatıb. Bəs, bunun real səbəbi nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?

“Facebook” və virtual münasibətlər

İndi insanların ünsiyyət üçün əhatə dairəsi genişdir. İnsanlar bir-biri ilə sosial şəbəkələrdə tanış olurlar. Əvvəllər isə belə şeylər yox idi. Hamı internetdə özünü nümunəvi göstərməyə çalışır. Fikir versəniz, istifadəçilərin çoxu öz şəklini qoymur. Hansısa aktrisanın və ya müğəninin şəklini qoyur. Virtual münasibətdə daha üstün görünmək istəyi bu münasibəti maraqlı edir. İnkişaf hesab olunsa da, internetin virtual münasibətlərə şərait yaratması boşanma və xəyanətlərin sayının artmasına səsəb oldu.

Boş-boş xəyal qurmaq

Subay vaxtı görüşə gedəndə oğlan və qız səliqəli olur, bir-biri ilə yaxşı davranırlar. Ailə içərisində isə tamamilə fərqli olurlar. Xanımlar yorğun da olur, makiyajsız da olur. Ailə qurana qədər oğlan və qız bir-birini ancaq “qonaq gedən” vəziyyətində görüblər. Evdəki halında görməyiblər. Çox vaxt da bu münasibətləri soyudur.

Ailə qurmamışdan əvvəl insanlar beyinlərində ailə həyatı haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər qurduğu ailə ilə üst-üstə düşməyəndə problemlər yaranır. Beyində müqayisə başlanır. Çünki ailə qurmamışdan əvvəl beynində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördü.

Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Onlar yeni ailəyə uyğunlaşmaq əvəzinə daim “Bizim ailədə belə deyildi!”,  “Mənim atam belə deyildi” və s. düşünür, özlərinə və ətrafdakılara əzab verirlər.

Əsas problemlər bundan sonra başlayır

Gənclər öz aralarındakı münasibəti qaydasına qoya bilərlər, amma aralarına kimsə girəndə, yəni ki, qayınana vəziyyət bərbad olur. İndi əksər gənclər ayrı yaşamaq istəyir. Ona görə ki, özlərini müəyyən çətinliklərə hazır hiss etmir.

Qayınana gəlinə doğmalığı hiss etdirməlidir. Əgər qayınana gəlinə ailənin bir üzvü kimi yanaşsa, ona hər şeyi doğmaya başa saldığı kimi desə, ailədə söz-söhbətlər bitər.

Qayınana ər və arvad arasındakı münasibətə qarışmamalıdır. Anlamalıdır ki, artıq ailəmin tərkibində kiçik bir ailə var. Qadın harasa gedəndə və ya nəsə etmək istəyəndə yalnız həyat yoldaşından icazə almalıdır. Onun qayınana, qayınata, evdə kim varsa, hamıdan icazə almağa ehtiyacı yoxdur. Onda elə çıxır ki, hələ də bu ailə qəbul olunmayıb.

Fikir versəniz, ailə söz-söhbətləri arasında qayınatanın obrazı kənarda qalır. Çünki qayınata ailəyə gələn qonağı daha yaxşı başa düşür. Onlar birlikdə mətbəxi paylaşmırlar. Bir qadının hakimiyyəti onun mətbəxində olur. Gəlin isə artıq mətbəxə şərik gəlir.

Bəzi ailələrdə mətbəxi qayınana idarə etməyə davam etsə də, bir müddətdən sonra şikayətlənməyə başlayır.

“Gəlin evin süpürgəsidir” kimi düşünən ailələr də çoxdur. Hər işi gəlinin üstünə atırlar. Gəlin-qayınana bir-birini az görən ailələrdə konfliktlər daha azdır.

Ailə qurarkən yaşa da fikir vermək lazımdır. Çox erkən yaşlarda və ya gec qurulan ailələr də tez qırılır. Çox gec olduqda, artıq şəxs hər şeyə görə danışmağa, qıcıqlanmağa başlayır. Özünün müəyyən problemləri yaranır. Orta qızıl həddi tapıb həmin vaxt ailə qurmaq daha önəmlidir.

Sonsuzluq problemi

Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlər olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə bu, uşaq dünyaya gətriməyə də mane olur.

Ailənin sonuna çıxan yoxsulluq

Yoxsulluğa görə də boşanan və ya xəyanəti seçənlər var. Bəzi insanlar pulun hesabına müəyyən boşluqları doldurmaq istəyir. Pula görə xəyanət edir və ya həyat yoldaşları kasıb olduğu üçün onu atır.

İntim münasibətlər

Biz pasientlərə məsləhət görürük ki, həftədə 3 dəfə münasibətdə olsunlar. Bunu istəyib-istəməməkdən asılı deyil. Bədənin funksiyası bu cürdür. Münasibət olmadıqda bədən əsəbi və gərgin olur. Tərəflər bir-birinin xətrinə dəyir, bir-birində səhv axtarmağa başlayırlar. Əgər ailədə intim münasibətlər normaldırsa, problemlər də azdır.

Ailədə sevgidənsə çox, bir-birinə qarşı hörmət önəmlidir. Ər və arvad bir-birini başa düşməli, dost olmalıdırlar.

Xəyanətə gətirib çıxaran amillər var

Kişi qadınla maraqlanmalıdır. Qadın hiss etməlidir ki, onunla maraqlanan, ona qayğı göstərən bir insan var. Bu eynilə qadınlara da aiddir. Qadın da kişi ilə maraqlanmalı, çox istədiyini bildirməli, əzizləməlidir. Kişinin evdə rahatlığı olsa, niyə də xəyanət etsin?

Lalə Əhmədova, psixoloq

Pcc.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri