Icma.az
close
up
RU
Boşanmış qadınlar da övladlığa uşaq götürə BİLƏR ŞƏRTLƏR

Boşanmış qadınlar da övladlığa uşaq götürə BİLƏR ŞƏRTLƏR

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda valideyn qayğısından, himayəsindən məhrum olan uşaqlar var. Onların valideynləri ya vəfat edib, ya övladlarından imtina edib, yaxud da imtina etməyə məcbur olublar.

Yəni dövlət və özəl müəssisələrə yerləşdirilən hər uşağın öz hekayəsi var.

Tərk edilmiş uşaqlara sahib çıxmaq istəyən insanların da sayı kifayət qədərdir. Hər il də bu uşaqların övladlığa verilməsi prosesi qanuna uyğun şəkildə davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2024-cü ildə 165 uşaq övladlığa verilib.

Yəni qanunda göstərilənlərə əməl olunmaqla kimsəsiz uşaqlara sahib çıxmaq, onlara ailə, valideyn qayğısı göstərmək mümkündür.

Qanun deyir ki, əmək qabiliyyəti olmayan və ya məhdud əmək qabiliyyətli şəxslər, valideynlik hüququndan məhrum olan valideynlər, qəyyum vəzifəsindən azad edilmiş şəxslər, məhkum olunmuş vətəndaşlar, sağlamlığı ilə əlaqədar uşağa lazımi qayğını göstərə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər.

Yəni aktiv və xroniki vərəm, bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion və ruhi xəstəlikdən əziyyət çəkənlərə bu hüquq tanınmır.

Övladlığa uşaq verilərkən şəxsin və ya ailənin gəliri mütləq nəzərə alınır. Subay şəxslər də övladlığa uşaq götürə bilərlər, lakin onların ən azı 30 yaşı və övladlığa götürdükləri şəxslə aralarındakı yaş fərqi 18 olmalıdır. Həmçinin, bu şərtlər nəzərə alınmaqla xarici vətəndaşlar da valideyn himayəsindən məhrum olan uşaqlara valideyn ola bilərlər.

Bəs boşanmış və dul insanlar övladlığa uşaq götürə bilərlərmi?

Suala Bizim.Media vasitəsilə aydınlıq gətirən hüquqşünas Şamil Paşayev deyib ki, onlar qeyd olunan şərtlərə əməl etməklə bu hüquqa sahibdirlər:

“Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

Boşanmış və dul qadınlar övladlığa uşaq götürə bilər, lakin onlara nisbətdə yaş senzi var. Belə ki, nikahda olmayanlar üçün bu 30 yaşdır.

Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər”.

Müsahibimiz bildirib ki, buna 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın razılığı ilə yol verilir:

“Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər”.

Qeyd edək ki, Dövlət övladlığa verilən hər uşağa görə aylıq müavinət təyin edir. Müavinətin məbləği 3-18 yaş arası uşaqlar üçün 200 manat, 0-18 yaş arası əlilliyi olan uşağa görə isə 600 manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri