Icma.az
close
up
RU
“Bundan sonra Rusiyanın Zəngəzur yolu məsələsinə müdaxilə üçün dayanacağı heç bir əsas yoxdur...”

“Bundan sonra Rusiyanın Zəngəzur yolu məsələsinə müdaxilə üçün dayanacağı heç bir əsas yoxdur...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi. Ermənistanın isə bu məsələdə birmənalı şəkildə Moskvaya güzəştə getmək niyyəti yoxdur...”

“Rusiya-Ermənistan yüksək səviyyəli dialoqunda Sünikdən keçən “Tramp marşrutu” (Zəngəzur yolu) məsələsi gündəmə gətirilir”. Xəbər verildiyi kimi, bu barədə dünən  “Sputnik Ermənistan” radiosuna müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin danışıb. Görəsən, Rusiya ABŞ-la imzalanmış saziş əsasında icra ediləcək layihəyə hansı əsasla müdaxilə edə bilər?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı aşağıdakı fikirləri dilə gətirib:

“Ermənistandakı səfirin qeyd edilən açıqlması da göstərir ki,  Rusiya Zəngəzur yolu ilə bağlı fikirlərdən geri çəkilmir. Lakin gerçəklikdə bu ölkənin əvvəlki real gücü və təsir imkanları artıq çox məhduddur. Praktik olaraq Rusiya indi Zəngəzur dəhlizinə müdaxilə etmək üçün də kifayət qədər təsirə malik deyil. Ümumiyyətlə, artıq onun təsir imkanları hər yerdə azalır.  Təcavüzlə məşğul olduğu bütün hərbi və iqtisadi resurslarını qoyduğu Ukraynada belə, Rusiya neçə illərdir tükənərək batdığı bataqlıqdan çıxa bilmir. Moskva Güney Qafqazda, məsələn, Gürcüstanda təsirini tam bərpa etməyə çalışsa  da, bu da artıq ciddi nəticə vermir. Ermənistanda da vəziyyət eynidir. Azərbaycana heç bir halda müdaxilə edə bilmir. Yaxın Şərqdə də heç bir proses Rusiyanın təsirinə bağlı deyil.Yəni Qəzza böhranı, Suriyadakı problemlər Rusiyanın iştirakı olmadan həll edilir. 

Zəngəzur yolu məsələsinə də, dediyim kimi, Rusiyanın müdaxilə etməsi mümkün deyil. Ancaq Rusiya ilə Ermənistan arasında müəyyən bir dialoq mövcuddur. Və Paşinyan hökuməti xüsusilə seçki ərəfəsində, Rusiyadan müəyyən dəstək almasa da,  ən azı neytral qalmasına nail olmağa çalışır. Çünki son vaxtlar Moskva fəal şəkildə Ermənistandakı müxalif qüvvələrə hərtərəfli dəstək verir, rusiyalı milyarder Samvel Karapetyanın “nüfuzu”nun artmasına təsir göstərir. Bununla belə, Kreml Ermənistanla rəsmi əlaqələrində hələ də ciddi maraqlıdır və təsir imkanlarının zəif olması səbəbindən Paşinyan hökuməti ilə münasibətlər qurmağa da məcburdur.

Konkret Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə gəldikdə, onun bəyanatları çox vaxt reallıqdan uzaq olur. Sanki ermənidən çox erməni olmağa çalışır. Əslində o, Rusiyanın guya Ermənistanla bağlı geopolitik proseslərdə tam iştirakını göstərməyə çalışır.  Lakin faktiki olaraq, Azərbaycan Türkiyə ilə birgə Zəngəzur yoluyla bağlı mövqeyini ortaya qoyub və geri çəkilmir. Həmçinin Çin və Qazaxıstan da Zəngəzur məsələsində öz maraqlarını önə çıxarırlar. Bilirsiz ki, Azərbaycan prezidentinin son Qazaxıstan səfərində  Qazaxıstan və Azərbaycan rəhbərlərinin birgə iştirak etdiyi xüsusi Orta Dəhliz təqdimatı irəli sürüldü. Bu bir növ həm də Zəngəzur yolunun təqdimatıydı...

Amerika Zəngəzur yolu ilə bağlı üçüncü tərəf şahid qismində olmaqla bir növ üçtərəfli sənəd imzalayıb və bundan  geri çəkilmə fikri yoxdur. Həmçinin Türkiyə Rusiyanın burada hər hansı pozuculuq işi görməsinə imkan verməz...

2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşma isə yalnız atəşkəs ilə bağlı bir sənəd idi və orada Zəngəzur yolunun təhlükəsizliyi ilə bağlı  Rusiya “FSB”-nin iştirakı nəzərdə tutulurdu. Yəni həmin sənəddə Rusiya üçün orada gömrük xidməti, yüklərə nəzarət və s. funksiyası yoxdur.  Digər tərəfdən, 10 noyabr razılaşması parlamentlərdə ratifikasiya da olunmayıb, yəni hüquqi qüvvəsi yoxdur. Üçüncüsü də, hazırda artıq Zəngəzur yolu üçün ciddi təhlükə sovuşubdur. Yəni o zaman nəzərdə tutulan təhlükəsizlik məsələləri də artıq keçərsizdir. Vaşinqtonda imzalanmış sənədə əsasən həmin yolda inzibati nəzarət  və təhlükəsizlik finksiyalarını müəyyən olunacaq Amerika şirkəti yerinə yetirəcəkdir. Və təbii ki, Azərbaycan da, həmçinin Türkiyə də birbaşa olmasa da, Zəngəzur yolunun təhlükəsizliyinə öz təhlükəsizliyi kimi nəzarət edəcəkdir. Bir sözlə, Rusiyanın Trampın TRİPP layihəsinin işləyəcəyi Zəngəzur yoluna müdaxilə etmək üçün dayanacağı bir əsas yoxdur.  Rusiya bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi. Ermənistanın isə bu məsələdə birmənalı şəkildə Moskvaya güzəştə getmək niyyəti yoxdur. Bu yalnız o halda baş verə bilər ki, Paşinyanı seçki vasitəsilə alınmasa, hərbi çevriliş, yaxud bir möcüzə nəticəsində devirsinlər. Ancaq görünən odur ki, Kreml bütün resurslarını cəmləsə də, səfərbər eləsə də, Ermənistanda Paşinyan hakimiyyətinə qalib gələcək bir qüvvə yoxdur. Bütün bu deyilən və deyilməyən amilləri nəzərə alaraq demək olar ki, Rusiyanın regiona dönüşü, regiona təsir imkanlarının artırılması, xüsusilə də Zəngəzur yolu- TRİPP layihəsinə müdaxiləsi Rusiyanın iştirakını tamamilə istisna etmək olar...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri