Icma.az
close
up
RU
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliklərinin püşkatması keçirilib FOTO

Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliklərinin püşkatması keçirilib FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliklərinin püşkatma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə, idman şöbəsinin rəhbəri Şiraslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, federasiyanın əməkdaşları və klubların təmsilçiləri iştirak ediblər.

Çıxış edən AVF rəsmiləri birinciliklərin əhəmiyyətini vurğulayaraq, bu yarışların bölgələrdə voleybolun inkişafına və gənc istedadların üzə çıxarılmasına töhfə verəcəyini bildiriblər.

Daha sonra komandalara yarışın əsasnaməsi barədə məlumat verilib və püşkatma mərasiminə başlanılıb.

Birinciliklər U-14, U-16 və U-18 yaş qrupları üzrə təşkil olunacaq. Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Tovuz, Oğuz və digər bölgələrdən olan komandalar da çempionluq uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə 170 komanda (110 qız, 60 oğlan) yarışlarda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, qarşılaşmalar qrup və pley-off mərhələlərindən ibarət olacaq.

Azərbaycan birinciliklərinin keçirilməsində məqsəd voleybolun ölkə üzrə kütləviliyini artırmaq, bölgələrdə bu idman növünə marağı gücləndirmək və perspektivli idmançıların milli komandalara seçilməsinə şərait yaratmaqdır.

Yaxın günlərdə oyun cədvəlləri açıqlanacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see305

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see191

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see149

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see123

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see123

Rusiyanın 28 milyon tondan çox nadir torpaq metal ehtiyatları var

24 Oktyabr 2025 02:25see120

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see120

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri