Bosch 24 min iş yerini ixtisar edəcək
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil komponentləri istehsalçısı "Bosch" 2032-ci ilə qədər 24 min iş yerini ixtisar etməyi planlaşdırır.
Şirkət bu addımı biznesin restrukturizasiyası və xərclərin azaldılması çərçivəsində həyata keçirəcək.
Banco.az xəbər verir ki, “Handelsblatt” qəzetinin məlumatına görə, "Bosch" Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən Abstatt zavodunda da 750 iş yerini ixtisar etmək qərarına gəlib.
İxtisarların əsas səbəblərindən biri Çin istehsalçılarının artan rəqabətidir. Abstatt zavodunda əyləc sistemləri hazırlanır. Lakin Çin avtomobil istehsalçılarının bu sistemlərin daha yeni versiyalarını yerli bazarda tətbiq etməsi Almaniyadakı istehsal güclərinə təsir göstərir.
"Bosch" biznesin optimallaşdırılması nəticəsində ildə təxminən 2,5 milyard avro qənaət etməyi gözləyir.
Şirkətin avtomobil biznesi 27,8 milyard avro gəlir əldə edib. Bu göstərici Bosch-u dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri kimi mövqeləndirir.
Çinin elektrik avtomobilləri və batareya sektorunda fəaliyyət göstərən "CATL" şirkəti isə eyni dövrdə 25 milyard avro gəlir əldə edib.
Yeni ixtisarlar Almaniya avtomobil sənayesində rəqabət təzyiqinin davam etdiyini göstərir. Bosch-la yanaşı, "Continental" və "ZF" kimi digər avtomobil təchizatçıları da xərcləri azaltmaq və istehsal fəaliyyətlərini yenidən qurmaq istiqamətində addımlar atırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















