Bosch Almaniyada 10 min işçisini ixtisar edəcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Dünyanın aparıcı avtomobil ehtiyat hissələri tədarükçüsü olan "Bosch" Almaniyadakı müəssisələrində işçilərini ixtisar edəcəyini açıqlayıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Bosch"un nəzarət şurasının sədr müavini Frank Sell məlumat verib.
Onun sözlərinə görə, şirkətin ehtiyat hissələri departamentində 8-10 min arasında işçi ixtisar olunacaq:
"işçi nümayəndələri və həmkarlar ittifaqları tətilləri nəzərə alaraq, 2025-ci il üçün fəaliyyət planı hazırlayıblar. "Bosch" təxminən 8250 nəfəri işdən çıxarmağı planlaşdırır. Çətin iqtisadi mühit və avtomobil sənayesində davam edən transformasiya, digər şirkətlər kimi bizi də böyük çətinliklərlə qarşı-qarşıya qoyur. Bizim üçün bu şərtlər altında rəqabət qabiliyyətimizi qorumaq vacibdir".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















