Bosniyada başlayan meşə yanğınları Xorvatiyaya keçib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bosniya və Herseqovinanın bir sıra ərazilərində meşə yanğınları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Bihaç şəhəri yaxınlığındakı Plyeşevitsa dağında günlərdir davam edən yanğın güclü küləyin təsiri ilə qonşu Xorvatiyaya keçib.
Yanğınlarla mübarizəyə Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri cəlb olunub. Helikopterlər Bihaç, Kalesiya, Drvar və Prozor-Rama ərazilərində əməliyyatlara dəstək verir.
Müdafiə naziri Zukan Helezin göstərişi ilə həyata keçirilən əməliyyatlarda təxminən 30 hərbçi də iştirak edir.
Prozor-Rama bölgəsində Raduşa dağındakı yanğın yaşayış məntəqələrinə doğru yayılır. Mostar, Konits, Çaplinya və digər ərazilərdə də yanğınlar qeydə alınıb.
Xorvatiyada isə yanğının söndürülməsinə Qospiç və Otokaçdan olan briqadalar və meşə təsərrüfatı əməkdaşları cəlb edilib. Yanğının havadan qiymətləndirilməsi və "Canadair" təyyarələrinin istifadəsi imkanları nəzərdən keçirilir.
Baxış sayı:137
Bu xəbər 06 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















