“Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm” Arzuxan Əlizadə
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Ombudsman vəzifəsinə namizədlərlə bağlə məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı bildirib.
“Bütövlükdə ölkə vətəndaşlarının müraciət etdiyi təsisatdır. Son iki-üç il ərzində Parlamentə edilən müraciətlərdən də bilinir ki, vətəndaşların bu təsisata etimadı artır.
Namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olmuşuq. Mən öz haqqımdan istifadə edərək deyə bilərəm ki, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanışam. Ombudsmana müraciət edənlərin məmnunluğu və digər məsələlərlə bağlı uğurlarla bağlı deyə bilərəm ki, Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















