Daha 4 marşrut dayanacaqdan çıxarılır Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində getmək üçün 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində, yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaqda minə bilərlər.
130 və 142 nömrəli marşrutların sərnişinləri isə “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir.
Xatırladaq ki, marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması tədbirləri çərçivəsində bundan öncə 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektində yerləşən “14 saylı notariat ofisi”nin yanındakı dayanacaq məntəqəsindən çıxarılmışdır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 30 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















