Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Bostromun fərziyyəsi yenidən “dirilib”: biz simulyasiya içərisində yaşayırıq?

Bostromun fərziyyəsi yenidən “dirilib”: biz simulyasiya içərisində yaşayırıq?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fizik Melvin Vopson bu yaxınlarda isveçli filosof Nik Bostrom tərəfindən irəli sürülmüş simulyasiya fərziyyəsinə yeni bir yanaşma təklif edib. Bir sıra məqalələrində o, məlumatın kütləyə malik olduğunu və cazibə qüvvəsinin rəqəmsal kainatın yan təsiri ola biləcəyini iddia edir. Bəs onun bu cəsarətli fikirləri nə dərəcədə əsaslıdır? “Kainatın kodu” reallığı izah edə bilərmi?

Elmin reallıq haqqında formalaşmış intuisiya və təsəvvürlərimizi alt-üst etmək gücü var. Məsələn, kvant mexanikasında müşahidəçi effekti göstərdi ki, hissəciklərin xassələri yalnız ölçmə anında müəyyənləşir. Kvant dolaşıqlığı ilə aparılan təcrübələr sübut etdi ki, bir hissəciklə baş verən hadisə, kosmik məsafələrdə belə, onunla dolaşıq olan digər hissəyə dərhal təsir göstərə bilir. Son illərdə aparılan tədqiqatlar isə müşahidəçidən asılı olmayan obyektiv dünya anlayışını belə şübhə altına alır.

Eyni zamanda, kosmologiyada irəli sürülmüş incə tənzimləmə fərziyyəsi göstərir ki, fundamental sabitlər sanki həyatın mövcudluğunu təmin etmək üçün xüsusi “tənzimlənmişdir”. Süni intellekt sahəsindəki nailiyyətlər də reallığın təbiətinə marağı artırıb. İnformasiya nəzəriyyəsi getdikcə daha çox dəstək qazanaraq, maddə və enerjinin informasiya törəmələri kimi qəbul edilməsini təklif edir.

Bu şəraitdə kompüter simulyasiyası ideyasının populyar mədəniyyətdə özünə yer etməsi təəccüblü deyil. Məsələn, İlon Mask kainatın “həqiqi” olması ehtimalını milyardda birə endirərək bu müzakirələrə əlavə impuls verdi.

Akademik çevrələrdə bu cür fərziyyələrə münasibət ümumilikdə tənqidi xarakter daşıyır. Bəzi tədqiqatçılar bu ideyaları sadəcə spekulyasiya adlandırırlar. Lakin kainatın təbiəti ilə bağlı fundamental sualların cavabsız qaldığı bir dövrdə belə “ucadan səslənən” iddialara maraq artmaqdadır. Bəs bu yanaşmalar nə dərəcədə etibarlıdır?

Platon, Dekart və rəqəmsal dövrün kölgələri

İnsanlar kompüterlər yaranmazdan çox əvvəl reallığın əsl mahiyyətinə şübhə edirdilər. Parmenid (e.ə. VI–V əsrlər) hiss edilən dünya ilə həqiqi varlıq arasında fərqi vurğulamış, Platon isə məşhur “Dövlət” dialoqunda mağara alleqoriyası vasitəsilə görünən və gizli reallıq arasında fərqə işarə etmişdi.

“Təsəvvür edin ki, insanlar mağara kimi yeraltı məkanda yaşayırlar və uşaqlıqdan ayaqlarından və boyunlarından zəncirləniblər. Onlar yalnız qarşılarındakı divarda əks olunan kölgələri görürlər, çünki başlarını çevirə bilmirlər.”
Platonun fikrincə, bu mağara duyğularla qavranılan dünyanın məhdudiyyətlərini simvollaşdırır. Reallığı olduğu kimi dərk edə bilmək üçün insanlar suallar verməli və öyrəşdikləri zəncirləri qırmalıdırlar. Lakin əksəriyyət tanış illüziyalardan – “divardakı kölgələrdən” – əl çəkmək istəmir.

Müasir filosoflar bu alleqoriyanı simulyasiya fərziyyəsinin ilkin forması kimi dəyərləndirirlər. Məsələn, Devid Con Çalmers qeyd edir ki, rəqəmsal dövrdə insanlar süni şəkildə yaradılmış reallığı gerçək kimi qəbul etməyə meyllidirlər. Onun fikrincə, mağara alleqoriyası simulyasiya fərziyyəsinin fəlsəfi xəbərçisidir – əgər gördüklərimiz sadəcə diqqətlə qurulmuş illüziyadırsa, bəs “gerçək” haradadır?

Platondan təxminən iki min il sonra, XVII əsrdə, bu problemin üzərinə Rene Dekart qayıtdı. O, “Birinci fəlsəfə haqqında düşüncələr” əsərində hisslərin və düşüncənin etibarlılığını sorğuladı və bu məşhur fərziyyəni irəli sürdü:

“Təsəvvür edin ki, çox qüdrətli və hiyləgər bir varlıq – şər dahi – sizi qəsdən aldatmaq üçün hər şeyi planlayıb. Bəlkə də siz gördüyünüz, eşitdiyiniz, toxunduğunuz hər şeyin əslində yalan olduğuna inanmalısınız.”
Dekartın məqsədi şübhə yaratmaq yox, tam əksinə, şübhə vasitəsilə qəti və sarsılmaz bilik əsaslarını müəyyənləşdirmək idi. Onun “Cogito, ergo sum” – “Mən düşünürəm, deməli, varam” ifadəsi bu kontekstdə meydana gəldi: hər şey illüziya olsa belə, düşünən subyektin mövcudluğu danılmazdır.

Bu fərziyyə, sonradan simulyasiya nəzəriyyəsinin əhəmiyyətli fəlsəfi bünövrələrindən birinə çevrildi. Devid Çalmers bu düşüncə eksperimentini birbaşa simulyasiya ssenariləri ilə əlaqələndirərək, virtual dünyada da “orijinal şüur”un mövcud ola biləcəyini vurğuladı.

Fəlsəfədən rəqəmsal kainata

Gerçəkliyin təbiəti haqqında fəlsəfi mülahizələr XX əsrin ortalarına qədər aktual olaraq qaldı, lakin bu dəfə yeni texnoloji kontekstdə. 1969-cu ildə alman mühəndis Konrad Zuse “Rechnender Raum” (“Hesablama məkanı”) adlı əsərində kainatın diskret bir məntiqi struktur əsasında fəaliyyət göstərən bir hesablama sistemi ola biləcəyini təklif etdi. Bu, reallığın proqramlaşdırıla bilən bir fenomen kimi ilk modelləşdirilməsi idi.

1980-ci illərdə bu fikri amerikalı fizik və kompüter alimi Edvard Fredkin inkişaf etdirdi. O, reallığın bütün səviyyələrinin – atomlardan tutmuş planetlərə qədər – məntiqi əməliyyatların nəticəsi olduğunu irəli sürdü.

1989-cu ildə isə nəzəri fizik Con Arçibald Uiler bu ideyanı “It from Bit” – “Hər şey bitdən yaranır” tezisi ilə ümumiləşdirdi. Uilerə görə, materiya və enerji ilkin deyil, informasiya bu strukturların əsasını təşkil edir. Onun fikrincə, kainat müşahidə nəticəsində baş verən informasiyanın qeyd olunmasıdır və reallıq sabit deyil, daim dəyişən bir prosesdir.

Uilerin baxışları bəzi alimlər tərəfindən qəbul edilməsə də, bu yanaşma yeni nəsil fiziklər və filosoflar üçün ilham mənbəyinə çevrildi.

Simulyasiyanın məntiqi: Niyə biz unikal olmaya bilərik?

2003-cü ildə Oksford Universitetinin professoru Nik Bostrom bu mövzuya tamamilə yeni bir prizmadan yanaşdı. Onun sualı belə idi: əgər texnologiya inkişaf edərsə, superinkişaf etmiş sivilizasiyalar şüurlu varlıqların simulyasiyalarını yarada bilərlərmi? Əgər bəli, o zaman simulyasiya olunmuş şüur formalarının sayı real formaları xeyli üstələyə bilər. Bu halda bizim "real" dünyada yaşama ehtimalımız olduqca azdır.

Bostromun arqumenti sadə, lakin güclüdür: ya sivilizasiyalar heç vaxt bu mərhələyə çatmır, ya çatanda belə bu cür simulyasiyalar yaratmırlar, ya da – üçüncü variant – bu cür simulyasiyalar çoxsaylıdır və biz onlardan birindəyik.

Belə fərziyyələr bizə nə verir?

Fiziklər, açıq narazılıq bildirməsələr də, ənənəvi olaraq bu cür spekulyativ fikirlərdən çəkinirlər. Onlar tez-tez “saxtalaşdırıla bilməyən” və ya “elmi olmayan” kimi damğalanır. Bununla belə, elmin tarixi göstərir ki, bəzən məhz marjinal fərziyyələr mövcud elmi əsasların yenidən nəzərdən keçirilməsinə səbəb olur. XX əsrin əvvəllərində bir çox alim atomu sadəcə faydalı bir model kimi görür, kvant mexanikasına şübhə ilə yanaşırdılar. Nisbilik nəzəriyyəsi isə bir çoxları üçün elmi fantastika təsiri bağışlayırdı. Təsadüfi deyil ki, Albert Eynşteyn Nobel mükafatını bu nəzəriyyəyə görə deyil, daha az fundamental kəşfə görə aldı.

Simulyasiya fərziyyəsi, Bostrom tərəfindən irəli sürüldüyü kimi, empirik yoxlamaya iddia etmir. O, öncədən məntiqi arqument kimi qurulub və məqsədi mürəkkəb bir rəqəmsal modelin içində mövcud olma ehtimalımızı göstərməkdir. Əgər şüurun simulyasiyası mümkündürsə və inkişaf etmiş sivilizasiyaların hesablayıcı gücü sərhədsiz inkişaf edə bilirsə, o zaman bizim simulyasiyada yaşamağımız ehtimal xaricində deyil.

Bu mülahizə empirik baxımdan səmərə verməsə də, o, bizi şüurun mahiyyəti, müşahidə, subyektiv təcrübə və elmi metodun sərhədləri haqqında düşünməyə vadar edir. Melvin Vopsonun yanaşması isə fərqlidir – o, fikirlərini fizika adı altında təqdim edir və narahatlıq doğuran məqam da məhz budur. Onun rəqəmsal kainat anlayışına ölçülə bilən əsas yaratmaq cəhdi – istər bir bitin kütləsi, istərsə də infodinamika qanunu şəklində – cəsarətli görünə bilər, lakin nəticə daha çox elmi pərdə altında təqdim edilən spekulyasiyaya bənzəyir. Formulalar azdır, test edilə bilən proqnozlar yoxdur, nəzəri ciddi əsaslandırma verilməyib.

Bununla belə, bu cür fikirlər reallığın, şüurun və məlumatın mahiyyəti barədə müzakirələr üçün stimul ola bilər. Onlar gələcəkdə qara dəliklərin tədqiqində və ya kosmik mikrodalğalı fon radiasiyasındakı anomaliyaların öyrənilməsində faydalı ola biləcək yeni ideyaların yaranmasına səbəb ola bilər.

Üstəlik, Vopsonun sübut və proqnozlardan uzaq yanaşması, fizik Con Uilerin “məlumatın təbiəti” ilə bağlı suallarını nəzərə almamaq üçün əsas deyil. Əgər reallıq materiyadan deyil, ölçmə aktından – “bəli” və “xeyr” arasında məntiqi seçimdən yaranırsa, o zaman məlumat mövcudluğun əsas elementi ola bilər. Bu mənada Uilerin “Hər şey bitdən yaranır” tezisi Dekartın “şər dahisi” konsepsiyası ilə müqayisə oluna bilər: fərziyyə kimi yox, intellektual axtarış üsulu kimi dəyərləndirilməlidir.

Nəhayət, bu cür “dəli” görünən ideyaların incəsənətə, ədəbiyyata və təhsilə təsiri danılmazdır. Bostromun simulyasiya fərziyyəsi artıq XXI əsrin fəlsəfi və mədəni mənzərəsinin bir hissəsinə çevrilib: kinoda, ədəbiyyatda və getdikcə daha çox elmi jurnalların nəzəri bölmələrində yer alır. Bu, bəzən narahatlıq doğursa da, başadüşüləndir – çünki belə fərziyyələri nə tam sübut etmək, nə də təkzib etmək mümkündür. Amma onları da görməzlikdən gəlmək olmaz.

Vopsonun ideyaları isə fərqli müstəvidədir. Onlar “elm” adı altında təqdim olunur, lakin müəllif elmi metodologiyadan istifadə etmir. Həm infodinamikanın “ikinci qanunu”, həm də cazibə qüvvəsinin alternativ modeli konkret hesablamalardan və təcrübi yoxlamalardan məhrumdur. Bu səbəbdən, onları inqilabi nəzəriyyə kimi deyil, yaxşı təqdim olunmuş spekulyasiya kimi qiymətləndirmək daha doğrudur. Məhz buna görə bu yanaşmalara son dərəcə ehtiyatla yanaşmaq lazımdır.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri