Icma.az
close
up
RU
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir

Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın zəngin qastronomiya imkanları və çoxəsrlik kulinariya irsi noyabrın 23-də Parisdə keçirilən və nüfuzlu qastronomiya platformalarından olan "La Liste"nin dünyanın ən yaxşı restoranlarının seçimi üzrə mükafatlandırma mərasimində təqdim edilib.

525.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Agentliyin və tabeliyindəki Milli Kulinariya Mərkəzinin nümayəndələri, eləcə də yerli peşəkar qastronomiya mütəxəssislərindən ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində Azərbaycanın zəngin milli mətbəxi, qastronomiya irsi, yerli məhsulları və şərabları tanıdılıb. Yerli qastronomiya mütəxəssislərinin iştirakı ilə milli mətbəximizin klassik təamları ənənəvi və müasir qastronomik yanaşmaların vəhdətində beynəlxalq iştirakçılara nümayiş etdirilib. Təqdimat zamanı Azərbaycanın qida biomüxtəlifliyinin qorunmasına, ənənəvi məhsulların və milli qastronomiya dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xüsusi diqqət yetirilib.

Məlumat verilib ki, Azərbaycan mətbəxi xalqımızın çoxəsrlik tarixini, zəngin mədəniyyətini, coğrafi müxtəlifliyini və qonaqpərvərlik ənənələrini özündə birləşdirən mühüm milli sərvətlərdən biridir. Azərbaycan mətbəxi Şərq və Qərb sivilizasiyaların təsiri ilə formalaşsa da, əsrlər boyu özünəməxsus kulinariya kimliyini qoruyub saxlayıb. Azərbaycanın qastronomiya irsi yalnız yeməklərdən deyil, həm də yerli məhsullardan, kənd təsərrüfatı ənənələrindən, süfrə mədəniyyətindən, qonaqpərvərlikdən və qədim şərabçılıq tarixindən ibarətdir.

Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin "La Liste" beynəlxalq təşkilatının təsisçisi və prezidenti Filipp For arasında görüş keçirilib. Görüş zamanı sözügedən beynəlxalq brendin Azərbaycanda fəaliyyət göstərməsi və ölkəmizin restoran sektorunun beynəlxalq qastronomiya platformalarında təmsilçiliyinin genişləndirilməsi imkanları müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın restoran sektoru son illərdə beynəlxalq qastronomiya məkanında daha geniş tanınmağa başlayıb. Bu proses milli mətbəxin xarici ölkələrdə təbliği, yerli restoranların beynəlxalq reytinqlərdə və bələdçilərdə təmsil olunması, aşpazların peşəkar əməkdaşlığı və qastronomik turizmin inkişafı ilə əlaqədardır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın zəngin kulinariya ənənələrini müasir qastronomiya dünyası ilə birləşdirərək ölkəmizin beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Tədbirdə beynəlxalq səviyyəli aşpazlar, qastronomiya və qonaqpərvərlik sektorunun rəhbər şəxsləri, xarici media, eləcə də tərəfdaş qurumların təmsilçiləri daxil olmaqla yüzlərlə nümayəndə iştirak edib.

Qeyd edək ki, qastronomiya turizminin inkişafı Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan istiqamətlərdən biridir. Dövlət Proqramı çərçivəsində 70 ictimai iaşə müəssisəsi haqqında məlumatların "La Liste" də daxil olmaqla beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdirilməsi, 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi, eləcə də ölkəmizdə beynəlxalq və regional qastronomiya tədbirlərinin təşkili nəzərdə tutulur.

2015-ci ildə təsis edilmiş, hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı, 7000-dən çox hoteli əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünya üzrə yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir. Təşkilat beynəlxalq tədbirlər və mükafatlandırma mərasimləri vasitəsilə kulinariya yaradıcılığını, innovasiyanı və dayanıqlılığı təşviq edir. "La Liste" ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Beynəlxalq qastronomiya platformalarında təmsilçilik restoranların yalnız mükafat qazanması demək deyil. Bu, eyni zamanda ölkənin kulinariya irsinin, müasir restoran konsepsiyalarının, yerli məhsullarının və xidmət keyfiyyətinin beynəlxalq auditoriyaya təqdim edilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri