Böyük Britaniyada 25 yaşadək gənclər üçün müavinət qaydaları dəyişə bilər
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 12 noyabr, AZƏRTAC
Böyük Britaniyada sosial təminat sistemində nəzərdə tutulan islahatlar çərçivəsində 25 yaşadək gənclərin xəstəlik və əlilliklə bağlı əsas müavinətlərdən yararlanmaq hüququnun ləğv edilməsi təklif olunur.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin keçmiş səhiyyə naziri Alan Milburnun hazırladığı sosial təminat sisteminin yenidən qurulmasına dair təkliflərdə bildirilir.
Təkliflərə əsasən, 25 yaşadək şəxslər hazırda mövcud olan iki əsas sosial ödənişdən- “Universal Credit” proqramının sağlamlıqla bağlı əlavə ödənişindən və “Personal Independence Payment” adlı fərdi müstəqillik müavinətindən yararlana bilməyəcəklər. Bunun əvəzinə həmin yaş qrupuna daxil olan şəxslərə alternativ maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Sosial Mobillik Fondunun sədri olan Alan Milburn son bir il ərzində təhsil almayan, işləməyən və peşə hazırlığı proqramlarında iştirak etməyən 18–24 yaşlı bir milyon gəncin vəziyyətini araşdırıb. Keçmiş nazir hesab edir ki, mövcud sosial təminat sisteminin yenidən qurulması gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdıra və onların iş tapmaq imkanlarını artıra bilər.
Alan Milburn islahatların sosial təminat sistemində köklü dəyişikliklərə səbəb olacağını bildirib. O, dəyişikliklərin həyata keçirilməsinin ağrısız olmayacağını və bəzi şəxslərin aldıqları maliyyə dəstəyinin azalacağını etiraf edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















