Böyük Britaniyada isti hava və su çatışmazlığı ilə bağlı xəbərdarlıq edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
London, 12 avqust, AZƏRTAC
Böyük Britaniyada isti hava şəraiti və su çatışmazlığı ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölkənin bir sıra bölgələrində hava şəraitinin isti keçməsi ilə əlaqədar narıncı səviyyəli xəbərdarlıq elan edilib.
Milli Quraqlıq Qrupu isə ölkə üzrə əhəmiyyətli su çatışmazlığının olduğunu bildirib. Vurğulanıb ki, quraqlığın əsas səbəbi yağıntıların az olmasıdır.
Qeyd edək ki, bu il Böyük Britaniyada 1836-cı ildən bəri ən quraq altıncı yaz mövsümü qeydə alınıb. İyunda ölkə üzrə orta göstəricidən bir qədər çox yağıntı müşahidə edilsə də, şərq və qərb bölgələri arasında ciddi fərq olub. İyulun əvvəli isə daha quraq keçib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















