Böyük Britaniyada şaxtalı hava 2500 nəfərin ölümünə səbəb olub
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 18 fevral, AZƏRTAC
Böyük Britaniyada ötən qış müşahidə olunan şaxtalı hava şəraiti nəticəsində 2500 nəfər ölüb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti evlərini kifayət qədər isitmək imkanı olmayan yaşlı insanlardır.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən ilk dəfə olaraq dərc edilən məlumatda 2025-ci ilin yanvarında altı gün davam edən kəskin şaxtalı havada ölüm hallarında ciddi artım qeydə alınıb. Ən çox fakt 85 yaşdan yuxarı şəxslər arasında baş verib.
Statistikaya əsasən, ölüm hallarından 864-ü insanların öz evlərində qeydə alınıb. Ekspertlər bildiriblər ki, bu hadisələrə evlərin zəif izolyasiyası, istilik sisteminin yetərli olmaması, səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və soyuq hava riskləri barədə məlumatlılığın azlığı kimi amillər təsir göstərə bilər.
Hazırda Böyük Britaniyada yenidən soyuq hava şəraiti hökm sürür. Sinoptiklər yaxın günlərdə “Pedro” adlı fırtınanın qar, buzlanma və güclü yağışlar gətirə biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər xüsusilə yaşlı və həssas qruplara aid şəxsləri ehtiyatlı olmağa və istilik təminatına diqqət yetirməyə çağırırlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Fevral 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















