Böyük Britaniyanın Ukraynaya növbəti yardımı: 350 hava hücumundan müdafiə raketi təhvil veriləcək
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya hakimiyyəti dondurulmuş Rusiya aktivlərinin faizindən istifadə edərək ilk dəfə olaraq Kiyevə 350 təkmil hava hücumundan müdafiə raketini təhvil verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya ASRAAM hava-hava raketlərini yerə atmaq üçün uyğunlaşdırmağa 70 milyon funt sterlinq (95.2 milyon dollar) xərcləyib. Bu, ilk dəfə idi ki, London dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən birbaşa Kiyevə hərbi təchizatı maliyyələşdirmək üçün istifadə edib. Təkmilləşdirilmiş raketlər "Raven" hava hücumundan müdafiə sistemlərindən atılacaq, onlardan səkkizi əvvəllər Ukrayna Silahlı Qüvvələrinə çatdırılıb, daha beşi isə hazırda Ukraynaya çatdırılmaqdadır.


