Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bu gün dünyada elektromobil dedikdə ağla ilk gələn Çin olur. Doğrudur, yaponiya, Avropa, ABŞ da bu texnikanı istehsal edir. Lakin elektromonbilin kütləviləşməsinin Çinin hesabına baş verdiyi faktdır.
Avtosfer.az xəbər verir ki, Aahen Politexnik Universiteti (Almaniya) 80 elektromobildə tətbiq edilən 115 elektrik mühərrikini tədqiq edib. Burada söhbət laboratoriya sınağından getmir. Tədqiqatçılar mühərrikin arxitekturasını, istifadə edilən materialları və istehsal üsullarını araşdırıblar. Mühərrikin resursu və maya dəyəri tədqiqat mövzusu deyil. Mühərriklərin ölçüsü təxminən futbol topu boydadır.
Batareya sahəsində Çinin irəlidə olması faktdır. Mühərrik sahəsində isə vəziyyət bir qədər fərqlidir.
Əgər mühərrikin statorunun (hərəkətsiz hissəsi) istehsalında avropalılar ənənəvi olaraq alüminium tətbiq edirlərsə, çinlilər maqneziuma üstünlük verirlər. Burada keyfiyyət məsələsi müzakirə mövzusu dseyil. Sadaəcə olaraq, dünyada maqneziumun 80 faizi Çində istehsal edilir. Həm də bu metal kütləni 20 faiz azaltmağa imkan verir. Mühərrik daxilindəki şinlər (elektrik ötürücülər) Avropada misdən hazırlanır və plastik kütlə ilə örtülür. Çində isə xüsusi materialdan hazırlanıb tozşəkilli izolyasiya materialı iolə örtülür. Bu seçimdə maya dəyəri, xammalın əlçatanlığı və işçi qüvvəsi rol oynayır.
Amma statorun yüngüllüyü hələ daha yüksək texnologiya anlamına gəlmir.
Nəhayət, mühərrikin dövrlər sayı məsələsinə gəlincə. Bəzi Çin mühərriklərində dövrlər sayı 30 500-ə çatır. Halbuki, 2021-ci ildə alman mühərriklərində 16 000 dövr/dəqiqə inqilab hesab edilirdi.
Dövr sayının böyüklüyü mühərrik kütləsini azaltmağa və daha sürətli maşın hazırlamağa imkan verir. Amma böyük dövrlər sayının resursa təsiri ayrıca yoxlanmalıdır.
Aahenli tədqiqatçıların fikrincə, avropalı mühərrik istehsalçıları çinlilərdən texnoloji cəhətdən geri qalmırlar. Lakin çinlilərin bir üstünlüyü var: onlar yeni texnologiyaları bazara çıxarmağı avropalılardan daha yaxşı bacarırlar. Bununla belə, tədqiqatçıların fikrincə, elektromobil alarkən mühərrikin harada istehsal edilməsini araşdırmaq mənasızdır.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















