Icma.az
close
up
RU
Böyük güclər arasında qarşıdurma riski artır “Bu, Azərbaycanın maraqlarına zərbə vura bilər...”

Böyük güclər arasında qarşıdurma riski artır “Bu, Azərbaycanın maraqlarına zərbə vura bilər...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqazda geosiyasi vəziyyətin mürəkkəbləşdiyi və böyük güclər arasında qarşıdurmanın dərinləşdiyi bir dövrdə Azərbaycan balanslı mövqeyini qoruyub saxlayır. Politoloq Fərhad Məmmədov bu proseslər fonunda Azərbaycanın strateji seçimlərini və regional mövqeyini təhlil edib.

Politoloqun fikrincə, hazırda əsas güc mərkəzləri – Vaşinqton və Pekin – öz tərəfdaşlarını ətrafına toplayır və təsir imkanlarını genişləndirir. ABŞ artıq Avropa İttifaqına təzyiqlərini artırıb, NATO sammitində bunun izləri açıq görünür. Növbəti mərhələdə isə ABŞ-ın Asiya-Sakit okean regionundakı müttəfiqləri – Avstraliya, Yaponiya və Cənubi Koreya – diqqət mərkəzində olacaq.

Pekin isə öz növbəsində tərəfdaşları ilə sıx məsləhətləşmələr aparır. Şimali Koreyada keçiriləcək Çin, Rusiya və İran XİN rəhbərlərinin görüşü təkcə üçtərəfli formatda deyil, həm də Çin diplomatiyasının regional planlarının bir hissəsi kimi qiymətləndirilir.

Politoloq qeyd edir ki, Çin Rusiya və İranın strateji məğlubiyyətinə yol verə bilməz, çünki hər iki ölkə Pekin üçün geosiyasi önəm daşıyır. Lakin Rusiya və İran hazırda açıq münaqişələrdə iştirak etdiklərindən Çinin dəstəyinə ehtiyac duyurlar. Texniki yardım gizli şəkildə davam etsə də, canlı qüvvə məsələsində Şimali Koreyənin köməyi artıq tələb olunur. İran isə daha çox hava hücumundan müdafiə və hərbi aviasiya sistemlərinə ehtiyac duyur, çünki hava məkanına tam nəzarət edə bilmir.

Məmmədovun fikrincə, bu, Pekin üçün “qaynar mövzu”dur. Çinin yeganə uğurlu tərəfdaşı Pakistandır ki, bu ölkə Hindistana qarşı təzyiqlər göstərməyə qadirdir. Bununla belə, Hindistanla qarşıdurma əsasən regional təşkilatlar – ŞƏT və BRİKS çərçivəsində aparılır.

Politoloq əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi ABŞ-ın diqqətini və resurslarını Avropada saxlayır ki, bu da Çin üçün əlverişli şərait yaradır. Pekin münaqişənin dondurulmasında maraqlıdır və ABŞ-ın Ukraynanın bərpası, NATO ölkələrinin silah ehtiyatlarının artırılması ilə məşğul olması Çinin maraqlarına xidmət edir.

O, həmçinin qeyd edib ki, İran-İsrail qarşıdurmasında ABŞ və İsrail Çinin tərəfdaşı olan İrana zərbələr endirib. Çin tərəfindən İrana verilmiş hava hücumundan müdafiə sistemləri hədəfə alınacaq və bəhanə kimi nüvə proqramı göstəriləcək.

“Pekin ABŞ-la müxtəlif cəbhələrdə mürəkkəb qarşıdurma aparır və resurslarını tərəfdaşlar vasitəsilə bölgələrə yönləndirir. Bu dəstək əsasən autsorsinq prinsipi ilə həyata keçirilir”, – deyə Məmmədov vurğulayıb.

Azərbaycanın mövqeyinə toxunan politoloq qeyd edib ki, ölkəmiz ABŞ-ın müttəfiqləri olan Türkiyə və İsrail, həmçinin Çinin tərəfdaşı olan Pakistan və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Çinlə strateji tərəfdaşlıq sənədi, ABŞ ilə isə yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya və Aİ ilə münasibətləri ziqzaqvari inkişaf edir və bu münasibətlərin gələcəyi hər iki tərəfin seçimlərindən asılıdır: “Əgər bu münasibətlər pisləşərsə, bu, Azərbaycanın maraqlarına zərbə vura bilər. Lakin qlobal baxımdan ölkənin neytral və müstəqil siyasəti onun qarşıdurma meydanına çevrilməsinin qarşısını alır.”

Məmmədov sonda qeyd edib ki, Azərbaycanın formalaşdırdığı geosiyasi balans həm effektiv, həm də dayanıqlıdır. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələri qarşılıqlı əməkdaşlığa üstünlük verməli, regional resursları birləşdirməli və qlobal qarşıdurma xətlərindən uzaq durmalıdır: “Bu model yalnız Azərbaycan üçün deyil, bütün region üçün aktual və nümunəvi xarakter daşıyır.”

Rasim Əliyev
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri