Icma.az
close
up
RU
Bu foto 17 il əvvəl çəkilib Söz verməsə də...

Bu foto 17 il əvvəl çəkilib Söz verməsə də...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”la matç “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubiley oyunu olub.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 qalib gəldikləri matçda 800-cü dəfə Ağdam klubunun çalışdırıcısı kimi meydana çıxıb. 

Bundan sonra isə instaqramda “Qarabağ”la ilk müqaviləsini imzaladığı zaman onun və klub prezidenti Tahir Gözəlin “Futbol+qol” qəzetinə verdiyi müsahibənin fotosu paylaşılıb. 

Həmin yazının başlığı isə belə olub: “Qurban Qurbanov çempionluğa söz vermədi”.

2008-ci ildən keçən 17 ildə Q.Qurbanov kifayət qədər böyük uğurlar qazanıb. O, “Qarabağ”ı 10 dəfə ölkə çempionu edib, bir dəfə gümüş, iki dəfə isə bürünc medalı qazanıb. 6 dəfə isə ölkə kubokunu başı üzərinə qaldıra bilib. 

Onun rəhbərliyi altında Ağdam klubu artıq 12-ci dəfədir ki, avrokubokların əsas mərhələsində (əvvəl qrup mərhələsi adlanırdı) iştirak edir. İki dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının əsas mərhələsində oynamaq isə ağlasığmaz nəticədir. 

Maraqlıdır ki, Q.Qurbanov bu qədər uğurların qarşısında hər zaman təvazökar olmağa çalışıb. O, heç zaman əldə etdiyi uğurların kölgəsinə sığınmayıb. Açıqlamalarında da mütəxəssis komandasının daim inkişaf etməli olduğunu, daha da yaxşı nəticələr qazanmalı olduğunu bildirib. 

Elə ötən gün Azərbaycan Kubokunun 1/8 finalında “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında da 800-cü oyunu ilə bağlı ünvanlanan suala təvəzökar şəkildə cavab verib: “Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq”.

Azərbaycandakı istənilən futbol azarkeşi Qurban Qurbanovun “Qarabağ”la 1000-ci, 1500-cü oyununu keçirməsini, qitə meydanlarında tarix yazmasını arzulayır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri